Yuxarı

Zaur Mikayılov Tovuzda vətəndaşlarla görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov avqustun 15-də Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Tovuz, Qazax, Ağstafa və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Axar.az xəbər verir ki, qəbuldan öncə sədr Zaur Mikayılov və Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, sel və daşqınlara qarşı mübarizə tədbirləri, yeni subartezian quyuların qazılması, təmiri, içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Tarix
2025.08.15 / 17:56
Müəllif
Axar.az
Digər xəbərlər

Overçuk Nikola tay deyil, Putin gəlsin - Gevondyan

Ermənistan “qırmızı xətlər"ə hörmət etdiyini deyir – Arakçı

Tramp 907-ci maddənin fəaliyyətini dayandırdı - Foto

Qardaşımın nəşi indiyədək tapılmayıb - Zərərçəkmiş şəxs

Overçuk Zəngəzura görə İrəvana gəlir

Ukraynaya növbəti humanitar yardım göndərildi

İrəvan seçim etməli olacaq - Rusiyadan xəbərdarlıq

Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı gözlənilməz: Dəstək verdi

Ermənistanda missiyamız davam edəcək - AB

İran dayanmır: Növbəti Zəngəzur açıqlaması...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla