Yuxarı

Su ehtiyatlarının proqnozlaşdırılması sistemi təkmilləşdirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Su ehtiyatlarının qiymətləndirilməsi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi istiqamətində kompleks hidroloji və hidrogeoloji tədqiqat işlərinə başlanılıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Axar.az-a verilən məlumata görə, hidroloji məlumat bazasının yaradılması üzrə ilkin müəyyənləşdirmə işləri aparılıb.

Bildirilib ki, bazada çaylar, göllər və su anbarları üzrə məlumatların daxil edilməsi və saxlanılması nəzərdə tutulub. Hidroloji məlumatlar Milli Hidrometeorologiya Xidmətinin istifadəsində olan və hazırda İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə təhvil-təslim prosesində olan məlumat bazasında toplanılıb.

"Hidroloji illik məlumatların elektron formatları həmin bazadan ixrac olunaraq təhlil üçün hazırlanma prosesindədir. Məlumat bazası portal üzərindən formalaşdırılıb. Növbəti mərhələlərdə bu platforma ADSEA-nın mövcud və qurulması nəzərdə tutulan CİS əsaslı proqram təminatlarına inteqrasiya ediləcək. Kompleks hidroloji tədqiqatların aparılmasının təmin edilməsi üçün hidroloji rejim-müşahidə şəbəkəsi üzrə əvvəlki materialların təhlili əsasında təkliflər hazırlanıb.

Yeraltı, yerüstü su obyektlərinin ehtiyatlarının, kəhrizlərin yenidən qiymətləndirilməsi istiqamətində Dövlət Geoloji İnformasiya Fondundan əldə olunmuş fond materialları əsasında təhlillər aparılaraq layihə-smeta sənədləri tərtib edilib," - deyə qurum qeyd edib.

Xatırladaq ki, Prezidentin 2024-cü il 10 oktyabr tarixli sərəncamına uyğun olaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın 2024-cü ilin 4-cü rübü də daxil olmaqla 2025-ci ilin 1-ci və 2-ci rübü üzrə icra vəziyyətinin monitorinqi barədə arayış hazırlayıb. Arayışda Milli Strategiyanın tələblərinə uyğun olaraq görülən və görüləcək işlər barədə bütün istiqamətlər üzrə səhih məlumatlar əksini tapıb. Bu kimi arayışlar növbəti rüblər üzrə də hazırlanaraq ictimaiyyətə təqdim ediləcək.

Tarix
2025.08.22 / 12:22
Müəllif
Axar.az
Digər xəbərlər

Liderlər mətbuata birgə bəyanatla çıxış edirlər

Üç türk ölkəsi liderlərinin iştirakı ilə sənədlər imzalandı

Üç türk ölkəsinin lideri görüşü oldu - Foto

Liderlər akvariumdakı balıqları seyr etdi - Video

1276-cı gün: Rusiyanın itkiləri yeniləndi

Bu yol Zəngəzur dəhlizinin açarı olacaq - Uraloğlu

Zəngəzurla bağlı mühüm layihənin təməli atıldı - Video

İlham Əliyev Berdiməhəmmədovla təkbətək görüşdü

Azərbaycan və Rusiya rəsmiləri bu şəhərdə görüşəcək

İlham Əliyevlə Berdiməhəmmədovun geniş tərkibdə görüşü oldu

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla