Yuxarı

Sizi zəif göstərən 5 ifadə: Onlardan qaçın!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçdiyiniz sözlər peşəkarlıq, inam və etibarlılıq təsiri yarada bilər, yaxud əksinə, sizi qərarsız göstərə bilər.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, "Unforgettable Presence” kitabının müəllifi və natiq Lorreyin K. Li "Inc.” nəşrinə açıqlamasında ən çox istifadə olunan və insanı zəif göstərən ifadələri izah edib.

Onun sözlərinə görə, aşağıdakı beş ifadədən uzaq durmaq tövsiyə olunur:

Düşünürəm - Bu sözlə başlanan cümlə qarşınızdakına qeyri-müəyyənlik hissi verir. Faktı bilirsinizsə, onu əminliklə ifadə edin. Sadəcə ehtimal edirsinizsə, bunu açıq şəkildə bildirin.

Bağışlayın, narahat etdim - Əksər hallarda danışdığınız məsələ sizin və ya qarşınızdakının vəzifə borcuna daxildir. Ona görə də üzr istəmək, dediklərinizi dəyərsizləşdirir. Bunun əvəzinə minnətdarlığınızı ifadə etmək daha uyğundur.

Sadəcə dəqiqləşdirmək istədim - "Sadəcə" sözü cümləni zəiflədir və dediklərinizi əhəmiyyətsiz göstərir. Ondan imtina etmək mesajı daha güclü edir.

Mən ekspert deyiləm - Bu ifadə sizin sözlərinizin çəkisini azaldır. Əgər fikir bildirirsinizsə, onsuz da dinləyənin səbəbi var. Təcrübənizi öncədən kiçiltməyə ehtiyac yoxdur.

Hər cür köməyə hazıram - Belə ifadə sizi xırda işlər üçün "əl altında” biri kimi göstərə bilər. Daha faydalı yol bacarıqlarınızı əsas gətirərək konkret dəstək təklif etməkdir.

Mütəxəssislərin qənaətinə görə, dilin düzgün istifadəsi insanın iş mühitində nüfuzunu qoruyur, inamı gücləndirir və lazımsız zəiflik təəssüratını aradan qaldırır.

Tarix
2025.08.25 / 01:58
Müəllif
Axar.az
Digər xəbərlər

Qərəzli iddialara ABŞ nəşrində cavab...

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycan XİN Ukraynanı təbrik etdi

Həştərxan qubernatoru Mehriban Əliyevanı təbrik etdi

Rüstəm Minnixanov Mehriban Əliyevanı təbrik etdi

İlham Əliyev Vladimir Zelenskini təbrik etdi

Gürcüstanda ilk dəfə azərbaycanlı qadın leytenant oldu

İlham Əliyevin təşəbbüsləri Asiya ölkələrində... – Səfir

Paşinyandan Qarabağla bağlı üç etiraf...

Bayramov Lavrovla danışdı: Həştərxandakı iclas...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla