Yuxarı

Masazırda evdə yanğın: ana və qızı öldü - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

08:27

Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları və bitişik hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin dam örtüyü 40 m² sahədə yanıb.

Axar.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, ikinci evin 1-ci və 2-ci mərtəbələri və digər bitişik evlər yanğından mühafizə edilib.

Yanğın yerinin kəşfiyyatı zamanı iki nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evindəki yanğın nəticəsində ölən şəxlərin adları məlum olub.

Report-un məlumatına görə, bunlar 1949-cu il təvəllüdü Xanım Ağakərim qızı Əliyeva və onun qızı, 1967-ci il təvəllüdlü Reyhan Oruc qızı Əliyevadır.

Tarix
2025.09.02 / 09:52
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Pekinə dünyanın ən sürətli qatarı ilə getdi - Video

Dehli bu səbəbdən Bakının üzvlüyünü blokladı

İlham Əliyev Vyetnam prezidentinə məktub ünvanladı

İlham Əliyev Xı Yınfenlə görüşdü

İrandan Zəngəzur açıqlaması: Türkiyə ilə birgə…

Rusiyadan Azərbaycanla bağlı gözlənilməz açıqlama...

Pakistandan Azərbaycana dəstək...

Prezidentin MQ ilə son görüşü: Sizi dəvət etməmişəm! - Video

Bakıya xain addıma Pakistandan qardaş cavabı

Azərbaycanla Çin arasında vizanın ləğv edilməsi...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla