09:53
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.
Sərnişin daşıyan mikroavtobusla minik avtomobili toqquşub.
Nəticədə 10-dan artıq xəsarət alan var. Yaralılıar xəstəxanaya çatdırılıb.
Fatkla bağlı araşdırma aparılır.
***
Xəzər rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.
Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli deyib.
O bildirib ki, hadisə bu gün səhər 06:00 radələrində Xəzər rayonu Qala-Pirallahı yolunda qeydə alınıb.
"Hunday" markalı 99 XM 330 dövlət qeydiyyat nişanlı avtomobillə "Mersedes" maraklı 10 XE 462 qeydiyyat nişanlı mikroavtobus toqquşub. Hadisə zamanı xəsarət alan şəxslər var.
Faktla bağlı araşdırma aparılır.
***
Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı 19 nəfər xəsarət alıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Qala-Pirallahı yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə sentyabrın 8-i saat 06:30 radələrindən etibarən 19 nəfər (18 qadın, 1 kişi) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 12 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda tibb müəssisəsində 7 nəfərin müayinə və müalicəsi davam etdirilir.
Vəziyyətləri orta ağır qiymətləndirilir.