Yuxarı

Böyük oğurluq: Boş TIR-lar Azərbaycana göndərilib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Böyük oğurluq: Boş TIR-lar Azərbaycana göndərilib

Gürcüstanda Norveçdən Qazaxıstana balıq məhsulunun tranziti ilə bağlı irihəcmli oğurluğun üstü açılıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatında deyilir.

Məlumata əsasən, iş üzrə iki nəfər saxlanılıb. Müəyyən edilib ki, həmin şəxslərin öncədən hazırladıqları sxemə əsasən Norveçdən Qazaxıstana tranzitlə hərəkət edən möhürlənmiş iki TIR-dan Gürcüstan ərazisində 1 144 716 lari (425 min ABŞ dolları) dəyərində balıq yükü boşaldılıb və cinayətkar qruplaşma tərəfindən mənimsənilib.

Cinayəti gizlətmək məqsədilə yükün marşrutu üzrə Azərbaycana boş TIR-lar göndərilib. Lakin gömrük sənədlərində maşınlarda balığın daşındığı göstərilib.

Faktla bağlı öncədən razılaşma əsasında bir qrup şəxs tərəfindən külli miqdarda mənimsəmə maddəsi üzrə istintaq davam etdirilir. Bu cinayət əməlinə görə 7 ildən 11 ilədək həbs cəzası nəzərdə tutulub.

İstintaq Xidməti cinayətlə bağlı təqsirləndirilənlərin dairəsinin genişlənəcəyini istisna etməyib.

Tarix
2025.09.11 / 21:25
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video

Gizir Xanıya şəhidlik statusu verildi

Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video

Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi

Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq

Ermənistan sülhlə bağlı səmimi görünmür

Ərdoğan Naxçıvan sazişindən danışdı: Dönüş nöqtəsi...

AB iki Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi

Vətən müharibəsi zamanı Türkiyəni bunda ittiham edirdilər

Vaxt bitdi: Gültəkin Hacıbəyli deport edilmir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla