Yuxarı

Bu qəbiristanlığın köçürülməsi təklif olunur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron yarımadasının mərkəzində, Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində yerləşən Bülbülə gölünün ətrafındakı qəbiristanlığın köçürülməsi zəruridir.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində təşkil olunan "Xəzər Su İnnovasiya Forumu 2025: Suya dəyər qatırıq" panelində bildirib.

Qeyd edək ki, ümumi sahəsi 99 hektar olan Bülbülə gölünün sahilində bulvar salınacaq. Layihəyə əsasən, gölün üzərindən körpü inşa ediləcək. Uzun illər ətrafdakı qəsəbələrin tullantı və çirkab sularının axıdıldığı Bülbülə gölü tezliklə istirahət məkanına çevriləcək. Artıq gölün ətrafındakı qamışlıq tamamilə qurudulub, tullantılar təmizlənib. Gölə axıdılan çirkab suların qarşısını kəsmək üçün ətrafda minlik magistral xətt çəkilib.

"Lazımı səviyyədə təmizlənmiş sular paytaxtın içməli su tələbatının böyük hissəsini təmin edə bilər. Orta hesablamalara görə, Bakıya saniyədə 20 kubmetrədək su daxil olur ki, bunun da yalnız kiçik bir hissəsi içməli məqsədlə istifadə olunur, qalan hissəsi isə digər məqsədlər üçün sərf edilir", - o vurğulayıb.

R.Abbasov deyib ki, suyun istifadəsində fərqləndirilmiş tariflərin tətbiqi vacibdir:

"Belə ki, su istehlakçıları istifadə etdikləri həcmə görə ödəniş etməli və buna görə məsuliyyətli olmalıdırlar. Bu, suyun səmərəli istifadəsinə marağı artırmaq üçün zəruridir".

Abşeron yarımadasında 200-dən çox gölün olduğunu vurğulayan ekspert bildirib ki, bunlar statik su ehtiyatlarıdır, yəni daim yenilənmirlər: "Bu səbəbdən onların istifadəsi diqqətlə planlaşdırılmalıdır. Misal üçün, Ermənistanın Göyçə gölünün səviyyəsinin 20 metr aşağı düşməsi ekoloji fəlakətə səbəb olub. Bu isə statik su ehtiyatlarının yanlış istifadəsinin ciddi nəticələr doğura biləcəyini göstərir".

Tarix
2025.09.12 / 16:42
Müəllif
Axar.az
Digər xəbərlər

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

Gözümlə görmüşəm, Bakı ilə imzalanan sazişdə... - Manukyan

Ermənilərin Qarabağa qayıdışı barədə İrəvandan açıqlama

Petrosyan dəhlizə razıdır, ancaq Rusiya ilə bağlı “xəbərdarlıq” etdi

Ermənistanda ordu ilə bağlı qərar – Əliyevin tələbidir?

Rusiya NATO-nu “dişinə” vurdu: Cavab almasa, nələr edəcək...

Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil - Xaçatryan

Bakı və İrəvan arasındakı sülh bu ölkələr üçün... - Senator

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla