Yuxarı

Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil - Xaçatryan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil - Xaçatryan

Ermənistan hakimiyyəti tərəfindən irəli sürülən konstitusiya dəyişiklikləri Azərbaycanın Ermənistana qarşı tələbləri ilə bağlı deyil.

Axar.az xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçatryan RTVİ-yə müsahibəsində bildirib.

"Xeyr, bu, Azərbaycan Prezidenti İlham Əliyevin tələblərinə aid deyil, bununla bağlı deyil", – deyə o bildirib.

Xaçatryan xatırladıb ki, Ermənistan hökuməti 2018-ci ildə hakimiyyətə gəldikdən sonra konstitusiyanı dəyişməyi planlaşdırıb:

"Ümumiyyətlə, hakimiyyətin arzuları hələ o vaxtdan, bütün bu hadisələrdən əvvəl konstitusiyanı dəyişmək idi, yəni 2018-ci ildən sonra hakimiyyətə gələnlərdən söhbət gedir, məsələ məhz bundan dərhal sonra başlanmışdı və hətta komissiya yaradılmışdı, hökumət işləməyə, müzakirə etməyə başlamışdı. Bu, sülh müqaviləsi ilə bağlı deyil, onsuz da bizə konstitusiyanı dəyişmək lazım idi. Əslində, bu konstitusiya bir nəfər üçün – baş nazir üçün yaradılmışdı".

Onun sözlərinə görə, bu, 2020-ci ilin payızında Qarabağda baş vermiş müharibə və sonrakı hadisələrlə əlaqədar olmayıb.

Tarix
2025.09.12 / 08:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla