Yuxarı

Keçiddən keçməyən piyadaları maşın vurdu - Anbaan video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Keçiddən keçməyən piyadaları maşın vurdu - Anbaan video

İki piyadanın keçiddən istifadə etməməsi, sürücülərdən birinin isə ara məsafəsi saxlamaması qəzaya səbəb olub.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında qeyd edilib.

Bildirilib ki, piyada, keçiddən istifadə etmədikdə tək özü üçün yox, yolda hərəkətdə olan nəqliyyat vasitələri üçün də real təhlükə yaradır:

"Məsələn, ötən gün axşam saatlarında Xətai rayonu, 8 Noyabr prospektində qeydə alınan qəzanın piyadalardan birinin təxminən 2 metrliyində olan yerüstü piyada keçidininin altından yolu keçməsi, onun sürücülər üçün qəza şəraiti yaratması və sürücülərdən birinin də düzgün ara məsafəsi saxlamaması səbəbindən baş verməsini ehtimal etmək olar.

Piyadanın iştirakı ilə digər bir yol-nəqliyyat hadisəsi ötən gün günorta saatlarında “28 May” Nəqliyyat Mübadilə Mərkəzində baş verib.

Piyada keçidinin bir neçə metrliyində, dayanmış avtobusun arxasından qəfil qaçaraq yolu keçmək istəyən qadın piyadanı avtobus vurub. Xəsarətlə nəticələnən bu qəza da piyada keçidlərdindən istifadə etməməyin, nəqliyyat vasitələrinin ön və arxa hissəsindən qaçaraq yolu keçməyin nə qədər təhlükəli olduğunu göstərdi".

Təhlükənin aktuallığını nəzərə alaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir daha piyada və sürücülərə müraciət edib:

"Piyadalar avtomobillərin ön və arxa tərəfindən qaçaraq yolu keçməməlidirlər. Onlar piyada keçidlərindən istifadə etməlidirlər. Sürücülər keçidlərə yaxınlaşdıqda sürəti azaltmalı, düzgün ara məsafəsi saxlamalı və piyadalara yol verməlidirlər".

O da qeyd olunub ki, özünü təhlükəyə atıb piyada keçidlərindən istifadə etməyən piyadalar məsuliyyətdən kənarda qalmırlar. Belə ki, bu ilin 8 ayı ərzində piyadalar üçün nəzərdə tutulmuş yerlərdən istifadə etməyən 24 min 519 piyada barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

Tarix
2025.09.17 / 13:33
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət rəsmiləri Zəfər parkında - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım etdi

Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla