Yuxarı

Qatar qarşısına qəfil insan çıxması: 7 nəfər ölüb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qatar qarşısına qəfil insan çıxması: 7 nəfər ölüb

2025-ci ilin 8 ayında ADY qatarlarının maşinistləri yola qəfil insan çıxması nəticəsində 81 dəfə təcili tormozlama etməli olublar.

Axar.az xəbər verir ki, bəzi hallarda isə məsafə çox qısa olduğundan hadisə qaçılmaz olub. Qatar qarşısına insan çıxması nəticəsində 7 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Bu hadisələr, əsasən, dəmir yolu ətrafında yaşayan insanların, bu yollardan mütəmadi istifadə edən piyadaların diqqətsizliyindən baş verir. Həmçinin piyadaların dəmir yolunun müəyyən edilməmiş yerlərdən keçməsi İnzibati Xətalar Məcəlləsinin pozulmasıdır.

Dəmir yolu xətlərini keçərkən qulaqlıqdan istifadə etməmək, sağa və sola baxmaq, hər iki tərəfdən qatarın gəlmədiyinə əmin olduqdan sonra yola davam etmək mütləqdir. Unutmaq olmaz, qatarın dayanması üçün böyük məsafəyə ehtiyac var.

ADY təhlükəsizliyi hər zaman diqqətdə saxlayaraq infrastrukturda yenilənmələr və yoxlamalar aparır, həmçinin sosial mediada maarifləndirmə kampaniyaları təşkil edir, dəmir yolu ətrafında yerləşən məktəblərdə bununla bağlı xüsusi təlimlər keçir.

Tarix
2025.09.19 / 16:32
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

Zal Yusifovun oğlunun işi: Səs yazısı var...

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı

Netanyahu uduzdu, demokratiya belə işləyir - Qolan

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla