Yuxarı

QDF-in təşkilatçılığı ilə forum keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

18 sentyabr 2025-ci il tarixində Qarabağ Dirçəliş Fondunun (QDF) təşkilatçılığı ilə “Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusuna həsr olunan forum keçirilib.

27 Sentyabr - Anım Gününün beşinci ildönümü münasibətilə “Qarabağ Dirçəliş Fondunun Dostları” işgüzar platforması çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, rəsmi şəxslər, QDF-in donor və tərəfdaşları, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin ailə üzvləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

İlk olaraq Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova açılış nitqi ilə çıxış edərək tədbirin mahiyyəti, eləcə də müzakirə ediləcək mövzularla bağlı fikirlərini bildiriblər.

Daha sonra tədbir panel müzakirələri ilə davam edib.

Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırovanın moderatorluğu ilə keçən panel müzakirələri zamanı Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev “COP29 və davamlı perspektivlər: Qarabağın yaşıl transformasiya təcrübəsi”, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Dayanıqlı gələcəyin qurulmasında yaddaşın rolu”, Milli Məclisin deputatı Nigar Məmmədova “Qarabağın azadlığı və dirçəlişində dövlət-cəmiyyət birliyinin rolu” və Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi şərhçi Fərhad Məmmədov “44 günlük Vətən müharibəsinin regional geosiyasətə təsiri” mövzularında geniş təqdimatla çıxış ediblər.

Tədbirdə Qarabağ Dirçəliş Fondunun donor və tərəfdaşı olan şirkətlərin nümayəndələri də çıxış ediblər.

Belə ki, “Huner Group” şirkətinin təsisçisi Ehtiram Quliyev, “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş və Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Qrup CEO-nun korporativ funksiyalar üzrə müavini İlqar Nuri çıxışları zamanı işğaldan azad edilmiş ərazilərin bərpasında yerli şirkətlərin yaxından iştirakının vacibliyindən danışmaqla yanaşı, QDF-lə əməkdaşlıq çərçivəsində bu istiqamətdə gördükləri işlər və həyata keçirdikləri layihələrlə bağlı geniş məlumat veriblər.

Çıxışlardan sonra sual-cavab sessiyası keçirilib, məruzəçilər onlara ünvanlanan sualları cavablandırıblar.

Tədbirin sonunda Fond tərəfindən məruzəçilərə foruma verdikləri dəstəyə görə kristal plaket, tədbirin hər bir iştirakçısına isə xatirə, dayanıqlılıq və inkişaf dəyərlərini təcəssüm etdirən Zeytun ağacının tingləri təqdim olunub.

Qeyd edək ki, tədbir zamanı işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərini əks etdirən “Faciədən Zəfərə” fotosərgisi də nümayiş edilib.

Tarix
2025.09.19 / 22:30
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyan nümayəndə heyəti ilə Bakıya gəldi - İlk dəfə

Ruanda prezidenti Azərbaycana gəldi

Şərhlərə görə həbslər – Azərbaycan neçənci yerdədir?

Bakı 14 tələbəni Qəzzadan təxliyə etdi - Foto

Bakıdan İrəvana getdi

Bu orden 33 ildir heç kəsə verilməyib: İlham Əliyev alsın!

Türkiyə-Rusiya ittifaqı? - Baxçalının təklifi ölkəni silkələdi

20 sentyabr tariximizin ən dəyərli səhifələrindən biridir

Ayfon-17-lərin Bakıdakı qiyməti – Tam siyahı

Azərbaycanla strateji addımlar atırıq – İrandan açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla