Yuxarı

İstanbulda Azərbaycan məktəbi açılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstanbulda Azərbaycan məktəbi açılacaq

Azərbaycan-Türkiyə təhsil əlaqələrinin genişlənməsi çərçivəsində İstanbulda fəaliyyət göstərəcək Azərbaycan məktəbi həm orada yaşayan soydaşlarımızın uşaqlarının ana dilində və milli ruhda təhsil almasına, həm də iki ölkə arasında təhsil əməkdaşlığının daha da güclənməsinə xidmət edəcək. Bu imkan iki qardaş ölkə arasında təhsil əməkdaşlığının daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Axar.az xəbər verir ki, bu fikirləri bu gün Bakı Türk Anadolu liseyinin yeni binasının açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev səsləndirib.

“Bu bizim üçün bir ilk olacaq. Təcrübəmizdə ilk dəfə Azərbaycandan kənarda fəaliyyət göstərəcək Azərbaycan məktəbi modelini həyata keçirəcəyik. Eyni zamanda düşünürəm ki, bu məktəb İstanbulda işləyən və ya digər səbəblərlə yaşayan Azərbaycan vətəndaşları üçün də əhəmiyyətli fürsət yaradacaq. Bu baxımdan bu layihə Azərbaycan və Türkiyə təhsil sistemləri arasındakı dostluğu daha da möhkəmləndirəcək”, – nazir əlavə edib.

Tarix
2025.09.22 / 15:55
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident WUF13-də iştirak edənlərin şərəfinə ziyafət verdi

Azərbaycanda bu xəstəliyə görə 7 milyon pul xərclənəcək

Azərbaycan bizə dəstək oldu, Ermənistan isə... - İran

Azərbaycanlı yazıçı Bakıdan deport olundu

Tehrandan sonuncu təyyarə Bakıya gəldi - Müharibə başlayır?

Qara şəhər əvəzinə Ağ şəhəri görə bilərsiniz - Əliyev

SOCAR prezidentinin gürcü müşavirinə yüksək vəzifə verildi

İlham Əliyevlə Vuçiçin səmimi - Fotoları

Azərbaycan Ordusu başlamışdı: Rusiyada şok yaşanır - Video

Bakıda Liderlər Sammiti: kimlər iştirak etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla