Yuxarı

Prezident Corc Volkerlə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Nyu-Yorkda “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru Corc Volker ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Azərbaycan ilə “Neuberger Berman” şirkəti arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev ölkəmizin beynəlxalq maliyyə qurumları və nüfuzlu investisiya şirkətləri ilə əməkdaşlığın genişləndirilməsinə önəm verdiyini vurğulayaraq, bu xüsusda “Neuberger Berman” şirkəti ilə tərəfdaşlığın bundan sonra da uğurla davam edəcəyinə inamını ifadə edib.

Söhbət zamanı Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı ildən etibarən bu şirkətlə səmərəli tərəfdaşlığının ölkəmizin maliyyə sektorunun inkişafına və beynəlxalq investisiya imkanlarının genişlənməsinə töhfə verdiyi vurğulanıb.

Corc Volker rəhbərlik etdiyi şirkətin qlobal maliyyə və investisiya fəaliyyəti barədə məlumat verərək, Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, regionda baş verən iqtisadi proseslərin şirkət üçün əhəmiyyətini vurğulayıb, yeni layihələr çərçivəsində tərəfdaşlığın genişləndirilməsi üçün mövcud imkanların dəyərləndirildiyini bildirib.

Qeyd edək ki, 1939-cu ildə Nyu-Yorkda təsis olunmuş “Neuberger Berman” qlobal investisiya idarəetmə şirkətidir. Hazırda şirkət beynəlxalq institutlar, məsləhətçilər və fərdi investorlar üçün yarım trilyondan çox ABŞ dolları məbləğində aktivləri idarə edir.

Tarix
2025.09.22 / 23:35
Müəllif
Axar.az
Digər xəbərlər

Adnan Əhmədzadənin həyat yoldaşı kimdir?

Pezeşkian Şahin Mustafayevi qəbul etdi

İndiyədək neçə yaşayış məntəqəsinə köç olub?

İlham Əliyev və xanımı Nyu Yorkda - Video

Qızılın qiyməti tarixi rekordunu təzələdi

İki həftədən sonra buna başlayırıq - Emin elan etdi

Ceyhun Bayramov Kallasla görüşdü

Bayramov Toiu ilə sülh prosesindən danışdı

Bu qurumlar koordinasiyalı fəaliyyət göstərməlidir - DTX rəisi

Hərbi biletə görə 22 min verdim - Sabiq rəisin məhkəməsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla