Yuxarı

14 ölkə, 102 universitet, 234 alim... - ADU konfrans keçirir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
14 ölkə, 102 universitet, 234 alim... - ADU konfrans keçirir

24-26 sentyabr tarixlərində Azərbaycan Dillər Universitetinin (ADU) Türkiyənin Səlcuq Universiteti ilə birlikdə təşkil etdiyi V Beynəlxalq Dil və Tərcüməşünaslıq Konfransı keçiriləcək.

Axar.az xəbər verir ki, konfransda dünyanın 14 ölkəsinin - Azərbaycan, ABŞ, Almaniya, Birləşmiş Ərəb Əmirliyi, Çexiya, Əlcəzair, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Polşa, Rusiya, Türkiyə və Yunanıstanın 102 universitetindən 234 elm adamı iştirak edəcək.

Məruzələr həm əyani, həm də onlayn formatda, konfransın işçi dilləri olan Azərbaycan, türk, ingilis, rus, ərəb və çin dillərində dinləniləcək. Konfransın açılışı 24 sentyabr 2025-ci il saat 10:00-da Azərbaycan Dillər Universitetinin R.Behbudov küçəsi 134 ünvanında yerləşən əsas binasında olacaq.

Açılışda Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın, eləcə də Azərbaycanın və Türkiyənin tanınmış elm və təhsil xadimlərinin, dilçilərinin, ədəbiyyatşünaslarının, tərcüməçilərinin təbrik sözləri səslənəcək.

Konfrans müddətində ümumilikdə 42 bölmə və 1 xüsusi paneldə 223 məruzənin dinlənilməsi planlaşdırılır. Konfransın istiqamətləri dilçilik, tərcümə, ədəbiyyatşünaslıq, pedaqogika, mədəniyyətşünaslıq və xarici dil tədrisi üzrədir.

Xaricdən gələn qonaqlar üçün Bakının tarixi məkanlarını, muzeylərini, turistik yerlərini əhatə edən şəhər gəzintisi keçiriləcək. Konfransın materialları tezislər toplusu və məqalələr toplusu olmaqla iki fərqli kitab şəklində Türkiyənin beynəlxalq nəşriyyat statusuna sahib “Cizgi Yayınevi”ndə yayımlanacaq.

Tarix
2025.09.23 / 14:50
Müəllif
Axar.az
Digər xəbərlər

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

Hakan Fidan Ceyhun Bayramovu qarşıladı

Əli Əsədov Gürcüstana gedir

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

Əliyevdən Ərdoğana: Sınaqlardan çıxmış əsl dostluq...

İlham Əliyev Ərdoğana məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla