Yuxarı

AzerGold QSC beynəlxalq standart üzrə daha bir sertifikat aldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AzerGold QSC beynəlxalq standart üzrə daha bir sertifikat aldı

Fəaliyyətində şəffaflıq, dürüstlük, hesabatlılıq kimi dəyərləri prioritet elan edən “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) daha bir mühüm beynəlxalq standart üzrə sertifikat əldə edib.

ISO 37001:2016 – Rüşvətxorluğa qarşı İdarəetmə Sistemləri üzrə beynəlxalq sertifikat akkreditə olunmuş müstəqil sertifikatlaşdırma qurumu tərəfindən cari ilin may-iyun aylarında keçirilmiş auditin nəticələrinə əsasən təqdim edilib. Qeyd edək ki, sözügedən sənəd Beynəlxalq Standartlaşdırma Təşkilatı - ISO (International Organization for Standardization) tərəfindən hazırlanıb və şirkətin antikorrupsiya fəaliyyətinin, rüşvətin aşkarlanması və qarşısının alınması üzrə idarəetmə sisteminin beynəlxalq standartlara uyğun qurulduğunu və işlədiyini təsdiqləyir.

Rüşvətxorluğa qarşı İdarəetmə Sistemləri üzrə beynəlxalq sertifikatın əldə olunması dövlət şirkəti üçün bir sıra strateji, hüquqi və reputasiya üstünlüklər qazandırmaqla, milli qanunvericiliyə və beynəlxalq antikorrupsiya konvensiyalarına uyğunluğu təmin edir.

Xatırladaq ki, AzerGold QSC beynəlxalq standartların tətbiqinə 2016-cı ildən başlayıb. Bu günədək Keyfiyyət İdarəetmə Sistemi üzrə İSO 9001:2015, Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə İSO 45001:2018 və Ətraf Mühiti İdarəetmə Sistemi üzrə İSO 14001:2015 beynəlxalq sertifikatlar əldə edib. QSC-nin fəaliyyət sahələrinə uyğun olaraq, gələcəkdə digər beynəlxalq standartların da tətbiqi nəzərdə tutulur.

Tarix
2025.09.26 / 12:01
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla