Yuxarı

İmişlidə toyda zəhərlənənlərlə bağlı yeni məlumat yayıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İmişlidə toyda zəhərlənənlərlə bağlı yeni məlumat yayıldı

İmişlidə toyda zəhərlənənlərdən 4-nün müalicəsi davam edir.

Axar.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, 24.09.2025-ci il tarixində saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 74 nəfər (8-i uşaq olmaqla 35-i kişi, 4-ü uşaq olmaqla 39-u qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.

Vəziyyəti ağır qiymətləndirilən 5 nəfər (2-si kişi, 3-ü qadın) Kliniki Tibbi Mərkəzə təxliyə edilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 61 nəfər (31-i qadın, 30-u kişi) ambulator müalicə üçün evə buraxılıb. 4 nəfər isə iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.

Müalicələri davam etdirilən 4 nəfərin vəziyyəti sabit qiymətləndirilir.

Tarix
2025.09.27 / 18:52
Müəllif
Axar.az
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla