Yuxarı

Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub.

Bu barədə Axar.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı DİM-in internet saytından, eləcə də “iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u bütün mobil operator nömrələrindən 7727-yə göndərməklə öyrənə bilərlər.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 3790 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1815 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların siyahısı ilə “Abituriyent” jurnalının xüsusi buraxılışında tanış ola bilərsiniz. Jurnalın xüsusi buraxılışının elektron versiyasını (pdf formatında) sabah DİM-in saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkün olacaq. (Xidmətə keçid: https://eservices.dim.gov.az/ejurnal/).

Qəbul olunan abituriyentlər 2 – 10 oktyabr (saat 18:00‑dək) portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

Tarix
2025.09.29 / 17:16
Müəllif
Axar.az
Digər xəbərlər

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Ceyhun Bayramov Qazaxıstanın keçmiş naziri ilə də danışdı

Bu İran vətəndaşlarının məhkəməsi başlayır - Rəsmi

Bayramov Qazaxıstanın yeni XİN başçısı ilə danışdı

Baş nazir Minskdə Zəngəzur dəhlizindən danışdı

İlham Əliyev Szinpini təbrik etdi

Ermənistan və ABŞ “Tramp yolu”nun müzakirəsinə başladı

Aprel döyüşləri: Sənədlər məhkəmədə elan olundu...

Əli Əsədov Minskə getdi

Yeni müharibə üçün sayım başladı: Qonşumuz hədəfdədir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla