Yuxarı

Rusiya məhkəməsindən Mutvalı Şıxlinski barədə qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sverdlovsk Vilayət Məhkəməsində Yekaterinburqdadakı Azərbaycan diasporunun sədrinin oğlu Mutvalı Şıxlinskinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb.

Axar.az APA-ya istinadən xəbər verir ki, vilayət məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Yekaterinburq şəhərinin Verx-İsetski Rayon Məhkəməsinin 8 sentyabr 2025-ci il tarixli hökmü ilə Mutvalı Şahin oğlu Şıxlinskinin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. İbtidai istintaq onu Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham edir.

Şıxlinskinin vəkili qərardan Sverdlovsk Vilayət Məhkəməsinə şikayət etsə də, nəticəsi olmayıb. Apellyasiya məhkəməsi apellyasiya şikayətini təmin etmək üçün heç bir əsas görməyib.

Qeyd edək ki, birinci instansiya məhkəməsi M.Şıxlinskinin 2025-ci il dekabrın 14-dək həbsdə qalacağı barədə qərar çıxarıb.

Xatırladaq ki, M.Şıxlinskinin həbsinə iyulun 1-də “Baku Plaza”nın yaxınlığında baş vermiş vəziyyət səbəb olub. Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməliyyatçıları üzərində heç bir tanınma nişanı olmayan geyim və avtomobillərlə Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskiyə oğlunun idarə etdiyi avtomobillə hücum ediblər. Bu zaman Mutvalı Şıxlinski özünü itirərək idarə etdiyi avtomobili geri sürüb, nəticədə qapını açmağa çalışan FSB əməkdaşını yerə yıxılıb. O özü məhkəmədə baş verənlərdən peşman olduğunu, hadisəni qəsdən törətmədiyini bildirib.

Tarix
2025.09.29 / 17:11
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Qazaxıstanın keçmiş naziri ilə də danışdı

Bu İran vətəndaşlarının məhkəməsi başlayır - Rəsmi

Bayramov Qazaxıstanın yeni XİN başçısı ilə danışdı

Baş nazir Minskdə Zəngəzur dəhlizindən danışdı

İlham Əliyev Szinpini təbrik etdi

Ermənistan və ABŞ “Tramp yolu”nun müzakirəsinə başladı

Aprel döyüşləri: Sənədlər məhkəmədə elan olundu...

Əli Əsədov Minskə getdi

Yeni müharibə üçün sayım başladı: Qonşumuz hədəfdədir!

Sosial xərclər artdı: Daha hansı ayırmalar olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla