Yuxarı

Bakı Limanında Vahid Keçid Mərkəzi istifadəyə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Beynəlxalq Dəniz Limanının ərazisində yüklərin sənədləşməsinə xidmət göstərən Vahid Keçid Mərkəzi istifadəyə verilib.

Axar.az xəbər verir ki, yeni mərkəzdə Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, “Azərpoçt”, həmçinin ekspeditor şirkətlər birgə fəaliyyət göstərəcək. Beləliklə, əvvəllər müxtəlif məsafələrdə yerləşən xidmət məntəqələri vahid mərkəzdə cəmləşəcək ki, bu da yük sahiblərinə və daşıyıcı şirkətlərə sənədləşmə prosesini daha sürətli və rahat şəkildə həyata keçirməyə imkan yaradacaq.

Həmçinin liman ərazisində yüklərin sənədləşməsində iştirak edən tərəflərin vahid mərkəzdə xidmət göstərməsi təkərli nəqliyyat vasitələrinin (vaqon xaric) sənədləşməsi üçün tələb olunan müddəti 2 saatdan 1 saatadək qısaldacaq. Eyni zamanda, bir blok-qatarın sənədləşməsinə sərf olunan vaxt 4 saata, ekspeditorların sənəd dövriyyəsi 2 saata, ödənişlərin ödənilməsinə sərf edilən vaxt isə 1 saatdan 8 dəqiqəyə qədər azalacaq.

Bakı Limanı üzrə Vahid Keçid Mərkəzi əməliyyatların səmərəliliyini artıraraq ümumilikdə yükdaşıma əməliyyatlarının sürətinə müsbət təsir göstərəcək və sənədləşmə prosesinin daha rahat formada icrasını təmin edəcək. Mərkəzin fəaliyyəti idxal əməliyyatlarının daha çevik icrasına, Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcminin artmasına və ölkənin logistika sisteminin dayanıqlığının yüksəldilməsinə, Orta Dəhlizin rəqabətqabiliyyətini gücləndirərək Azərbaycanın tranzit ölkə kimi rolunun möhkəmləndirilməsinə mühüm töhfə verəcək.

Mərkəz həmçinin Azərbaycanın tranzit-logistika sistemində yeni sinerji yaradacaq. Yükdaşımaların sürəti və şəffaflığının artması həm beynəlxalq daşıyıcıların Azərbaycan ərazisindən keçən marşrutlara üstünlük verməsinə, həm də region ölkələrinin tranzit marşrut seçimində Orta Dəhlizin daha cəlbedici mövqeyə çıxmasına şərait yaradacaq. Bu cür optimallaşdırmalar ölkə gündəliyində mühüm yer tutan “qlobal nəqliyyat qovşağına çevrilmək” hədəfinə xidmət etməklə yanaşı, ölkənin qeyri-neft sektorunun şaxələndirilməsi, investisiya cəlbediciliyinin artırılması və beynəlxalq ticarətdə etibarlı tərəfdaş imicinin gücləndirilməsində xüsusi rol oynayacaq.

Qeyd edək ki, Bakı Limanının ADY-yə inteqrasiyası əməliyyat çevikliyinin artırılmasına, yüklərin daşınmasında vahid idarəetmə mexanizminin yaradılmasına imkan verib. Görülən işlərin nəticəsində Bakı Limanında 2025-ci ilin 8 ayı ərzində 70 min TEU-ya yaxın konteyner aşırılıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisi (47 min TEU) ilə müqayisədə 48 faiz çoxdur. Vahid Keçid Mərkəzinin fəaliyyəti əməliyyatların daha da optimallaşdırılmasına xidmət edərək Bakı Beynəlxalq Dəniz Limanında yükaşırma göstəricilərinin davamlı artmasına gətirib çıxaracaq.

Tarix
2025.09.29 / 16:16
Müəllif
Axar.az
Digər xəbərlər

Baş nazir Minskdə Zəngəzur dəhlizindən danışdı

İlham Əliyev Szinpini təbrik etdi

Ermənistan və ABŞ “Tramp yolu”nun müzakirəsinə başladı

Aprel döyüşləri: Sənədlər məhkəmədə elan olundu...

Əli Əsədov Minskə getdi

Yeni müharibə üçün sayım başladı: Qonşumuz hədəfdədir!

Sosial xərclər artdı: Daha hansı ayırmalar olacaq?

VHP Ali Məclisi növbəti sessiyasını keçirdi

Adnanın SOCAR-ın sabiq məşhur ismi ilə əlaqəsi üzə çıxdı

Xalqımız İlham Əliyevin rəhbərliyi ilə bunu edir - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla