Yuxarı

VHP Ali Məclisi növbəti sessiyasını keçirdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
VHP Ali Məclisi növbəti sessiyasını keçirdi

Bu gün Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin növbəti sessiyası keçirilib.

Axar.az xəbər verir ki, bu barədə VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli məlumat verib.

Sessiyanı giriş sözü ilə VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı açıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ölkədəki ictimai-siyasi vəziyyət və partiyanın qarşısında duran vəzifələrlə bağlı məruzə edən S.Rüstəmxanlı VHP-nin keçdiyi uğurlu yola nəzər salaraq, bu gün “vətəndaş həmrəyliyi” ideyasının Azərbaycan üçün 33 il əvvəlki qədər önəmli olduğunu vurğulayıb.

Sabir Rüstəmxanlı qeyd edib ki, VHP bu gün ana müxalifət mövqeyində ölkənin milli birliyi üçün çalışır.

Təşkilati məsələlər çərçivəsində VHP Ali Məclisinin sonuncu sədri Felmar bəyin xatirəsi ehtiramla yad edilib.

Ali Məclis sədrliyinə Yusif Salmansoyun namizədliyi irəli sürülüb və əksəriyyətin lehinə səsvermə ilə o, VHP Ali Məclisinin sədri seçilib.

Cari məsələlərin müzakirəsi ilə Ali Məclis işini yekunlaşdırıb.

Tarix
2025.09.28 / 16:04
Müəllif
Axar.az
Digər xəbərlər

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla