Yuxarı

Sosial xərclər artdı: Daha hansı ayırmalar olacaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin ilk 8 ayında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artıb. Bu, həmin dövrdə 424,6 milyon manat xərc artımı deməkdir. DSMF-in xərclərindəki dəyişiklik həm 2025-ci ildə yeni sosial paketin icrası, həm də müavinət və təqaüd, eləcə də pensiya alanların sayının artması ilə bağlıdır. Belə ki, bu ilin ilk 8 ayında aylıq sosial müavinət alanların sayı 2025-ci ilin əvvəli ilə müqayisədə 13 min nəfər artaraq, 466 min 210 nəfərə, təqaüd alanların sayı isə 4 min 244 nəfər artaraq, 405 min 644 nəfərə çatıb. Bu o deməkdir ki, həmin dövrdə aylıq müavinət və təqaüd alanların sayı 17.3 min nəfər çox olub.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı alim, deputat Vüqar Bayramov qeyd edib.

O bildirib ki, artımlar eyni zamanda proaktiv qaydada müavinət və təqaüd alanların sayında da özünü göstərib:

"2025-ci ilin yanvar-avqust ayları ərzində proaktiv qaydada 105 665 sosial müavinət və təqaüd təyin olunub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 minə yaxın artım deməkdir. Pensiyaçıların sayında da artımlar qeydə alınıb. 2025-ci il iyulun 1-i vəziyyətinə əsasən pensiyaçıların sayı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 2.3 min nəfərə artaraq, 1103,3 minə çatıb.

Göründüyü kimi, sosial dəstəklərdən faydalanan vətəndaşlarımızın sayındakı artımlar DSMF-nin xərclərinə təsirsiz ötüşməyib. Bütövlükdə, 2025-ci ildə DSMF-nin xərclərinin artırılması öncədən proqnozlaşdırılırdı və təsdiq olunmuş büdcədə də öz əksini tapmışdı. Belə ki, 2024-cü ildə fondun təsdiq olunmuş xərcləri 6 milyard 949 milyon manat idisə, bu il üçün 7 milyard 676 milyon manat nəzərdə tutulub. Yəni bu il fondun xərcləmələrinin təxminən 10 faiz çox olacağı gözlənilir. Bu baxımdan növbəti dövrdə sosial müdafiə tədbirlərinin miqyasının daha da genişləndirilməsi fondun xərclərinə təsir göstərəcək. Çünki fondun əsas fəaliyyət istiqamətləri pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və sığorta üzrədir. Bu istiqamətlərdə artımlar fond tərəfindən daha çox xərcləmələr deməkdir.

Artımlar eyni zamanda fondun proqnozlaşdırılan gəlirlərində də var. 2025-ci ildə DSMF gəlirlərinin 7 milyard 617 milyon manat olacağı gözlənilir. Eyni zamanda, il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə 5 milyard 997 milyon manat yığım gözlənilir. Gəlirlərdəki artım fiskal dayanıqlıq baxımdan vacib amillərdəndir".

Tarix
2025.09.29 / 10:34
Müəllif
Axar.az
Digər xəbərlər

VHP Ali Məclisi növbəti sessiyasını keçirdi

Adnanın SOCAR-ın sabiq məşhur ismi ilə əlaqəsi üzə çıxdı

Xalqımız İlham Əliyevin rəhbərliyi ilə bunu edir - Deputat

Prezidentin BMT-də nitqi dünya üçün mesaj idi - Qafarov

Yenidən seçilsək, referendum təşkil edəcəyik - Paşinyan

Mirzoyanla görüşdüm, Bakı ilə sazişi müzakirə etdik

Türkiyə MN Azərbaycanla bağlı paylaşım etdi

Prezidentin yanındakı kiçik qız danışdı: Onu çox sevdim - Video

Bakı ilə razılığa gəlmişik - Paşinyan

Tatardan Azərbaycanla bağlı mühüm sözlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla