Yuxarı

Üçqat dünya çempionu olan qadın boksçu öldü

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Üçqat dünya çempionu olan qadın boksçu öldü

Rusiyanın əməkdar idman ustası, boksçu İrina Sinetskaya 48 yaşında həyatla vidalaşıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Boks Federasiyası məlumat yayıb.

"Üçqat dünya çempionu, beşqat Avropa çempionu, onbirqat Rusiya çempionu İrina Sinetskaya qadın boksunda ən titullu idmançı idi. İrina Sinetskayanın itkisi bütün boks ailəsi üçün böyük kədərdir", - məlumatda bildirilib.

Qeyd edək ki, Sinetskaya üçqat dünya çempionudur (2001, 2002 - 67 kq-dək, 2006 - 80 kq-dək). Həmçinin dünya çempionatlarında gümüş (2005 - 66 kq-dək) və bürünc (2012 - 81 kq-dan yuxarı) medallar qazanıb. Beşqat Avropa çempionu olub (2001, 2003-2005 - 66 kq-dək, 2009 - 75 kq-dək). 1999-2005-ci illərdə Rusiya çempionu olub (66 kq-dək), həmçinin 2009-cu ildə (75 kq-dək), 2011, 2012 və 2014-cü illərdə (81 kq-dan yuxarı) milli çempionatın qızıl medallarını qazanıb. 2001-2012-ci illərdə Rusiya milli komandasının üzvü olub. 2014-cü ildə idman karyerasını başa vurub.

2003-cü ildə Rusiya Federasiyasının "Əməkdar idman ustası" adını alıb.

Tarix
2025.09.29 / 10:28
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə...

Şahin Mustafayev Overçukla görüşdü

İlham Əliyev Türküstanda bir sıra mədəni məkanlarda oldu - Foto

Metropoliten rəisi vəzifəsinin məsuliyyətini dərk etmir

300 min azərbaycanlının qayıdışından kim danışır?

İlham Əliyev Qazaxıstana getdi - Foto

Szinpinin xüsusi nümayəndəsi Azərbaycana gəlir

Ukraynanın ölkəmizdəki səfirliyi bayraqları endirdi

Parad Rusiyanı ifşa etdi: niyə 5 ildir bacarmır?

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla