Yuxarı

İlham Əliyev Türküstanda mədəni məkanlarda oldu - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Türküstanda mədəni məkanlarda oldu - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən digər prezidentlərlə birlikdə Türküstan şəhərindəki "Həzrət Sultan" Muzey-Qoruğu ilə tanış olub.

Axar.az xəbər verir ki, dövlət başçılarına qoruq haqqında məlumat verilib.

Bildirilib ki, "Həzrət Sultan" Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu 1989-cu ildə yaradılıb. Muzeydəki "Nadir Eksponatlar Zalı" Qazaxıstanın ən əhəmiyyətli muzey və sərgi layihələrindən biridir. Məqsəd orta əsrlər dövrünün nadir tarixi və mədəni irsini qorumaq və təbliğ etməkdir. Muzeydə Türküstanın zəngin tarixi, Türk dünyasının mənəvi irsi və Xoca Əhməd Yasəvi məqbərəsinə aid nadir artefaktlar nümayiş olunur. Hazırda muzey-qoruğun kolleksiyasında 26 mindən çox eksponat var ki, onların da təxminən 80 faizi artefaktdır.

Sonra Türküstanda yerləşən Xoca Əhməd Yəsəvi məqbərəsi ilə tanışlıq olub. Bura Mərkəzi Asiyanın ən böyük İslam memarlığı abidələrindən biridir və Qazaxıstanın mənəvi rəmzi kimi qəbul edilir. Məqbərə XIV əsrin sonunda görkəmli sufi şair, mütəfəkkir Əhməd Yəsəvinin dəfn olunduğu yerdə Əmir Teymurun göstərişi ilə inşa olunub. Vahid memarlıq dizaynına malik bu kompleksdə 35-dən çox müxtəlif təyinatlı otaq yerləşir. Nadir artefaktların saxlanıldığı məqbərə İslam dünyasının mənəvi və mədəni mərkəzlərindən biri hesab olunur.

Tarix
2026.05.15 / 14:33
Müəllif
Axar.az
Digər xəbərlər

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla