Yuxarı

“Azercell” “Baku Flames”in texnologiya tərəfdaşıdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azercell” “Baku Flames”in texnologiya tərəfdaşıdır

Regionun yaradıcı sənaye və innovasiya sahəsində aparıcı platformalarından biri olan “Baku Flames” festivalı “Azercell”in tərəfdaşlığı ilə start götürdü. Şirkət artıq ikinci ildir ki, festivalın texnologiya və innovasiya tərəfdaşı qismində çıxış edir.

15–16 may tarixlərində keçirilən festival aparıcı beynəlxalq şirkətlərin nümayəndələrini, kreativ sənaye, marketinq və media sahələrinin ekspertlərini bir araya gətirir. Bu il festivalın proqramında Meta, Google və TikTok kimi qlobal şirkətlərin spikerləri yer alır. Həmçinin artan beynəlxalq maraq fonunda festivala bu il daha geniş coğrafiyadan kreativ layihələr təqdim edilib. Layihələr nüfuzlu beynəlxalq münsiflər heyəti və yaradıcı sənaye üzrə tanınmış ekspertlər tərəfindən qiymətləndiriləcək, qaliblər isə festivalın ikinci günü elan olunacaq.

Festivalın ilk günündə “Azercell”in təqdimatında keçiriləcək panel sessiyasında şirkətin Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova brend və brend səfirləri arasında qarşılıqlı dəyərin formalaşması, eləcə də bu əməkdaşlıqların dinamikası ilə bağlı müzakirələrdə iştirak edəcək.

Qeyd edək ki, “Baku Flames” festivalı beynəlxalq kreativ sənaye nümayəndələrini bir araya gətirərək qlobal yaradıcı sənaye tendensiyalarının müzakirəsi, innovativ yanaşmaların paylaşılması və yeni tərəfdaşlıqların qurulması üçün mühüm platforma rolunu oynayır.

Tarix
2026.05.15 / 14:32
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla