
Rusiya Moldovada sabitliyi poza bilmədi - Zelenski
14:00
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
12:00
Sumqayıtda avtobusun yanması nəticəsində xəsarət alan olmayıb.
Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin tərəfindən "İSUZU" markalı avtobusda baş vermiş yanğın yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtobusun yanar hissələri yanıb.
Xəsarət alan yoxdur.
Tarix
2025.09.29 / 12:37
|
Müəllif
Axar.az
|