Yuxarı

"Səni özüm alacam" deyən şəhidin qardaşı qəzaya düşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az APA-ya istinadla xəbər verir ki, minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı 1997-ci il təvəllüdlü Orxan Şəfiyev və 2003-cü il təvəllüdlü M.Musayeva xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, qəzada xəsarət alan Orxan Şəfiyev Vətən mühirəbəsi şəhidi Daşqın Şəfiyevin qardaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, 44 günlük Vətən Müharibəsində şəhid olan Daşqın Şəfiyev sosial şəbəkədə yaydığı bir video ilə yaddaşlarda silinməz iz buraxıb. Bu videolentdə o, “30 ildir həsrətində olduğumuz torpaqlar alındı, məni alan olmadı”,-deyə sosial şəbəkədə hisslərini ifadə edən bir qıza “gecə-gündüz Qarabağın alınması üçün əsgərlərimizə dua elə, səni yerin dibində də olsan tapıb özüm alacam” söyləməklə reaksiya vermişdi.

Tarix
2025.09.29 / 12:15
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Minskə getdi

Yeni müharibə üçün sayım başladı: Qonşumuz hədəfdədir!

Sosial xərclər artdı: Daha hansı ayırmalar olacaq?

VHP Ali Məclisi növbəti sessiyasını keçirdi

Adnanın SOCAR-ın sabiq məşhur ismi ilə əlaqəsi üzə çıxdı

Xalqımız İlham Əliyevin rəhbərliyi ilə bunu edir - Deputat

Prezidentin BMT-də nitqi dünya üçün mesaj idi - Qafarov

Yenidən seçilsək, referendum təşkil edəcəyik - Paşinyan

Mirzoyanla görüşdüm, Bakı ilə sazişi müzakirə etdik

Türkiyə MN Azərbaycanla bağlı paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla