Yuxarı

Ukrayna Rusiyadakı mühüm zavodu vurdu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Rusiyanın Bryansk vilayətində “Karaçevski Elektrodetal” zavoduna zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko deyib.

“Bu zavod elektrik birləşdiricilərinin - hərbi texnika üçün əsas komponentlərin istehsalı üzrə ixtisaslaşıb. Zavodun məhsulları raket idarəetmə sistemlərində, aviasiya və kosmik texnologiyada, tanklarda, zirehli transportyorlarda və digər zirehli texnikalarda, rabitə sistemlərində və idarəetmə cihazlarında istifadə olunur. Əslində, “Elektrodetal” Rusiya hərbi-sənaye kompleksinin bir hissəsidir, onsuz müasir rus silahlarının yığılması və təmiri pozulardı. Zavod döyüş sistemlərinin qapalı dövrəli elektron sxemlərində istifadə olunan on minlərlə birləşdirici istehsal edir”, - o bildirib.

Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Aleksey Neyjpapa isə bildirib ki, zərbə “Neptun” raketlərindən istifadə edilməklə həyata keçirilib.

Tarix
2025.09.29 / 14:25
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Aprel döyüşləri: Sənədlər məhkəmədə elan olundu...

Əli Əsədov Minskə getdi

Yeni müharibə üçün sayım başladı: Qonşumuz hədəfdədir!

Sosial xərclər artdı: Daha hansı ayırmalar olacaq?

VHP Ali Məclisi növbəti sessiyasını keçirdi

Adnanın SOCAR-ın sabiq məşhur ismi ilə əlaqəsi üzə çıxdı

Xalqımız İlham Əliyevin rəhbərliyi ilə bunu edir - Deputat

Prezidentin BMT-də nitqi dünya üçün mesaj idi - Qafarov

Yenidən seçilsək, referendum təşkil edəcəyik - Paşinyan

Mirzoyanla görüşdüm, Bakı ilə sazişi müzakirə etdik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla