Yuxarı

Xəzərdə suyun səviyyəsi daha da azalacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Proqnozlar Xəzər dənizində suyun səviyyəsinin daha da azalacağını göstərir.

Axar.az xəbər verir ki, bunu Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev “Bakı İqlim Fəaliyyəti Həftəsi” çərçivəsində keçirilən dəyirmi masada çıxışında deyib.

“Xəzər dənizi ilə bağlı proqnozlaşdırma modellərinin sayı 100-dən artıqdır. Təəssüf ki, bu modellərin təxminən 10%-i suyun artması ilə əlaqəlidir”, - Muxtar Babayev bildirib.

“Xəzər dənizinin quruması balıqçılıq, neftçilik, logistika, limanların fəaliyyəti və digər sahələrə mənfi təsir göstərəcək. Bu ərazilərdə yaşayan insanlar təbii olaraq işlərini itirəcəklər və şəhərə köçməyə məcbur olacaqlar. Deməli, şəhər üzərində təzyiq güclənəcək. Üstəlik, küləklər quruyan ərazilərdən çoxlu miqdarda toz-torpağı ətraf yerlərə yayacaq. Bütün bunlar mənfi nəticələrə səbəb olacaq”, - Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi deyib.

Tarix
2025.09.29 / 15:28
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan və ABŞ “Tramp yolu”nun müzakirəsinə başladı

Aprel döyüşləri: Sənədlər məhkəmədə elan olundu...

Əli Əsədov Minskə getdi

Yeni müharibə üçün sayım başladı: Qonşumuz hədəfdədir!

Sosial xərclər artdı: Daha hansı ayırmalar olacaq?

VHP Ali Məclisi növbəti sessiyasını keçirdi

Adnanın SOCAR-ın sabiq məşhur ismi ilə əlaqəsi üzə çıxdı

Xalqımız İlham Əliyevin rəhbərliyi ilə bunu edir - Deputat

Prezidentin BMT-də nitqi dünya üçün mesaj idi - Qafarov

Yenidən seçilsək, referendum təşkil edəcəyik - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla