Yuxarı

Adnanın SOCAR-ın sabiq məşhur ismi ilə əlaqəsi üzə çıxdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini, hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin qurumun sabiq vitse-prezidenti Mikayıl İsmayılovla çox yaxın əlaqələri haqda məlumat yayılıb.

Axar.az xəbər verir ki, Musavat.com hazırda da bu əlaqələrin davam etdiyini vurğulayıb.

“Məsələni maraqlı edən digər detal isə Adnan Əhmədzadənin müdafiəçisi, vəkil Şaiq Mirzəyevlə bağlıdır. Belə ki, Şaiq Mirzəyev vaxtilə “Az-Qranata” MMC-nin baş direktoru olub. Həmin şirkətin də Mikayıl İsmayılova və ailəsinə məxsusluğu haqda mediada dəfələrlə məlumatlar yayımlanıb. Şaiq Mirzəyev bu gün də Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin qalmaqallı atalıq işində vəkilidir. Xatırladaq ki, 2012-ci ilin may ayında Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ilə Fidan Abbasovanın faktiki nikahı baş tutub. Faktiki nikahı rəsmi nikaha çevirənədək cavabdehlə birlikdə yaşayıb, faktiki ailə münasibətləri 3 sentyabr 2016-cı ilədək davam edib.

“Faktiki nikahımızdan 5 may 2015-ci il tarixdə Nil adlı övladımız anadan oldu, lakin Orxan uşağın atası olması ilə bağlı nə rəsmi nikaha düşdü, nə də atalığı qəbul etdi. Dedi, ailəsi buna razı deyil, o da ailəsinin sözünü yerə sala bilməyəcək. Orxanın atası Mikayıl İsmayılov həmin vaxt yüksək vəzifəli məmur idi və istədiyi kimi istədiyi şəxsə təzyiq etmək imkanında idi. O zaman Sabunçu Rayon Məhkəməsində iddia qaldıraraq övladımın atasının müəyyən edilməsini xahiş etdim. Məhkəmə prosesinin gedişatında Mikayıl İsmayılov şəxsən mənimlə görüşdü. Onların adının məhkəmələrdə hallandırılmamasını xahiş etdi. Dedi ki, əgər iddiamı geri çəksəm, Orxan məhkəmədən kənar şəkildə bütün məsələni həll edəcək və övladımızın atası olmasını etiraf edəcək”, - F.Abbasova bildirib.

Bu il Orxan İsmayılzadənin vəkili Şaiq Mirzəyev Fidan Abbasovaya barışıq sənədi təqdim edib, həmin sənəddə uşağının atasının Orxan İsmayılzadə olmasının üzərindən keçərsə, 65 min manat ödəyəcəyi qeyd olunub. Fidan Abbasova barışıq ərizəsini imzalamayıb, Orxan İsmayılzadədən aliment ödəməsini tələb edib. Hazırda İstanbulda məskunlaşan Orxan İsmayılzadə aylardır ki, aliment ödəmir. Fidan Abbasova deyir ki, Şaiq Mirzəyev ona alimentin ödənməyəcəyini bildirib...

Qeyd edilir ki, Fidan Abbasova Şaiq Mirzəyevin Adnan Əhmədzadəyə vəkil tutulmasında keçmiş qayınatasının rolu və iştirakının ola biləcəyini ehtimal edir.

Xatırladaq ki, Adnan Əhmədzadə sentyabrın 19-dda Bakıda Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanıb. Növbəti gün Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan qərarı verib. Onun barəsində Azərbaycanın iqtisadi təhlükəsizliyinə qarşı təxribat törətmək və külli miqdarda mənimsəmə ittihamları olduğu bildirilsə də, bu barədə hələ ki, rəsmi məlumat yoxdur.

Tarix
2025.09.28 / 13:14
Müəllif
Axar.az
Digər xəbərlər

Xalqımız İlham Əliyevin rəhbərliyi ilə bunu edir - Deputat

Prezidentin BMT-də nitqi dünya üçün mesaj idi - Qafarov

Yenidən seçilsək, referendum təşkil edəcəyik - Paşinyan

Mirzoyanla görüşdüm, Bakı ilə sazişi müzakirə etdik

Türkiyə MN Azərbaycanla bağlı paylaşım etdi

Prezidentin yanındakı kiçik qız danışdı: Onu çox sevdim - Video

Bakı ilə razılığa gəlmişik - Paşinyan

Tatardan Azərbaycanla bağlı mühüm sözlər...

Cənubi Qafqaz üçün yeni mərhələnin başlanğıcı… - ABŞ

Əli Nağıyev Zəfər parkını ziyarət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla