Yuxarı

Bunu edən sürücülər 100 manat cərimələnəcək - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Operativ nəqliyyat vasitələrinin arxasınca qəsdən hərəkət etmək qanun pozuntusu olmaqla yanaşı, qəzalara da səbəb olur.

Axar.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) sürücülərə müraciətində bildirilib.

Qeyd olunub ki, nəqliyyat sıxlığı zamanı bəzi sürücülər bu vasitələrin arxasında yaranan boşluqlardan istifadə edərək sürət həddini aşır, ara məsafəsini pozur və manevr qaydalarını gözləmirlər. Bu hallar operativ avtomobillərin ünvana vaxtında çatmasına mane olur və digər hərəkət iştirakçılarını qəza riski ilə üz-üzə qoyur.

Qanunun 48-ci maddəsinə görə, “polis”, “təcili tibbi yardım”, “yanğınsöndürən” və digər xüsusi təyinatlı avtomobillər üstün hərəkət rejiminə malikdir və onların müşayiət etdiyi dəstəyə qoşulmaq qadağandır.

İnzibati qanunvericiliyin 331-ci maddəsinə əsasən isə belə qayda pozuntusuna görə 100 manat məbləğində cərimə tətbiq olunur.

Sürücülərdən xahiş olunur ki, qaydalara ciddi əməl etsinlər və xüsusi təyinatlı nəqliyyat vasitələrinin hərəkətinə mane olmasınlar.

Tarix
2025.10.01 / 09:47
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın sülh planı: Qəzza xilas olur, yoxsa...

ABŞ-ın Azərbaycandakı səfirliyi şatdaunla bağlı bəyanat yaydı

Türkiyə MTŞ-dən Naxçıvanla bağlı - Bəyanat

Paşinyan AŞPA-da elan etdi: Ermənilər Qarabağa qayıda bilməz!

Əliyevlə Mattarellanın geniş tərkibdə görüşü keçirildi

Tramp Paşinyanı "digər oğlan" adlandırdı

Ceyhun Bayramov ABŞ rəsmiləri ilə görüşdü - Foto

Əsədov mühüm iclasda: Xəzərin dayazlaşması...

Konstitusiya dəyişikliyinə ehtiyac yoxdur, əgər... - Paşinyan

İtaliya prezidenti Azərbaycana gəldi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla