Yuxarı

Yeni qayda: Əlillik dərəcələrinin verilməsi asanlaşır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni qayda: Əlillik dərəcələrinin verilməsi asanlaşır

Nazirlər Kabineti “Əlilliyin qiymətləndirilməsi Qaydası”na dəyişiklik edib. Yeni qaydalarda birinci istiqamət icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi ilə bağlıdır. Bu, daha çox texniki dəyişiklik hesab olunur.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, deputat Vüqar Bayramov qeyd edib.

O bildirib ki, qaydalarda ən vacib dəyişiklik prosesin daha da elektronlaşdırılmasıdır:

"Belə ki, yeni qaydalara əsasən, şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim və əldə edilə bilər. Sənəddə qeyd olunur ki, bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların verilməsinə bərabər tutulur.

Nazirlər Kabinetinin yeni qaydaları əlillik dərəcəsinin verilməsi prosesinin sadələşdirilməsinə və elektron xidmətlərdən daha çox istifadə olunmasına gətirib çıxaracaq. Hazırda 221 min 200 vətəndaşımız əlilliyə görə müavinət alır. Onlardan 42 min 100 nəfəri əlilliyi olan uşaqlardır. Bununla yanaşı, əlillik müavinətin alınması ilə bağlı vətəndaşlar tərəfindən müntəzəm müraciətlər təqdim olunmaqdadır. Prosesin daha da elektronlaşdırılmasının şəffaflığı artıracağı ilə yanaşı, əliillik dərəcələrinin alınmasını asanlaşdıracağı gözlənilir".

Tarix
2025.10.09 / 11:23
Müəllif
Axar.az
Digər xəbərlər

Ankarada MN rəhbərlərinin görüşü başladı

Azərbaycan Bosniya ilə memorandum imzaladı

Mir Şahin Cabir İmanovdan yazdı: Nankor sürüsü...

Əliyev Ərdoğanla Avrasiyanı şumladı: Baxın! - Markedonov

İlham Əliyev Düşənbədə səfərdədir - Video

Kreml mediası Qəbələ sammitinə qarşı nələr yazdı?

Kremldən açıqlama: Putinlə Əliyevin görüşü...

İlham Əliyev onlara müraciət ünvanladı

Əliyevlə Putinin Düşənbə görüşü: Moskvanın yeni planı nədir?

32 yaşlı müəllimə dəm qazından boğularaq öldü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla