Yuxarı

“Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldıldı

AZCON Holding şirkətlərindən olan Bakı Metropoliteni QSC tərəfindən aparılmış monitorinqlərin nəticəsinə əsasən, sərnişin tələbatının artdığı daha bir hərəkət sahəsində interval azaldılır.

Bu barədə Axar.az-a QSC-dən bildirilib.

Məlumata görə, yeni tədris mövsümünün başlanması ilə əlaqədar “Həzi Aslanov” stansiyasında artan sərnişin axınının qarşılanması məqsədilə “Həzi Aslanov–Əhmədli” mənzilində qatarların hərəkəti pik saatlarda 5, qeyri-pik saatlarda isə 7 dəqiqəlik intervalla tənzimlənəcək.

Plana uyğun olaraq, sahə üzrə tunellərdə qatarların hərəkətinin təşkili ilə bağlı sınaqlar uğurla yekunlaşdırılıb və təhlükəsiz hərəkət tam təmin edilib.

Xatırladaq ki, 2024-cü il noyabr ayının 30-da “Həzi Aslanov” stansiyasının dalan yolunda başlanılmış əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar Qırmızı və Yaşıl xətlərdə yeni hərəkət qrafiki tətbiq edilib, qatarların hərəkəti hələlik yalnız “Əhmədli” stansiyasına qədər təşkil edilir. Təmir işlərinin yalnız dalan hissədə aparılması nəzərə alınaraq, “Həzi Aslanov” stansiyası sərnişinlərin girişinə bağlanmadan xüsusi hərəkət cədvəli qurulub və 10 dəqiqəlik interval tətbiq edilib.

Hazırda tətbiq edilən yeni interval sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılmasına, eləcə də artan sərnişin axınının daha çevik və operativ şəkildə tənzimlənməsinə xidmət edir.

Yeni hərəkət cədvəli Bakı Metropoliteninin rəsmi saytında yerləşdiriləcək.

Tarix
2025.10.10 / 12:21
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə razılaşdıq ki, AZAL qəzası ilə bağlı... - Putin

Putin: Rusiya və Azərbaycan münasibətlərində böhran...

Putin-Əliyev görüşü: Rusiya lideri etiraf etdi… - Foto

Əliyev və Paşinyan Düşənbədə bunu müzakirə etdi

Prezident Düşənbədə rəsmi qəbulda... - Foto

Azərbaycan çox böyük iş gördü – Putin

Bakıda Rus Evinin bərpası... – Rusiya ümidləndi

İsraildə həbs edilən azərbaycanlılar azad olundu

Paşinyan Azərbaycanı təbrik etdi

Finlandiya XİN başçısı Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla