Yuxarı

Bazar günü hava necə olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bazar günü hava necə olacaq?

Oktyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 14-17, gündüz 22-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85%, gündüz 60-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.

Tarix
2025.10.11 / 12:33
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkələrin səfirləri Xarici İşlər Nazirliyinə çağırıldı

KTMT-dən Bakı və İrəvan haqda açıqlama

Bayramov Tailandın baş naziri ilə görüşdü - Foto

Bakının bəzi ərazilərində qaz olmayacaq

Yoxsulluq və işsizlik 5% səviyyəsinə düşüb - Prezident

İlham Əliyev sessiya iştirakçılarına müraciət etdi

Bakı və İrəvan sülh sazişini Ankarada imzalayacaq?

Ceyhun Bayramov Banqkokda səfərdədir

Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...

Vuçiç İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla