Yuxarı

Tanınmış iş adamı ev dustaqlığına buraxıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış iş adamı ev dustaqlığına buraxıldı

Bir müddət əvvəl həbs edilən "Vüsal 300" kimi tanınan iş adamı Vüsal Şirvan oğlu Abbasov ev dustaqlığına buraxılıb.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar verib.

Qeyd edək ki, V.Abbasov bir neçə nəfərlə əlbir olaraq qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur. Belə ki, Vüsal Abbasov vətəndaşlara məxsus avtomobilləri və digər əmlakları girov saxlamaqla qanunamüvafiq olmayan faiz dərəcələri ilə lizinqə salmaqda təqsirləndirilir.

Sosial şəbəkələrdə yayılan görüntülərdə "Vüsal 300"ə məxsus ofislər, avtomobil qarajı üzərinə məhkəmə tərəfindən həbs qoyulduğu və Xətai Prokurorluğu tərəfindən möhürləndiyi görünür.

Onu da qeyd edək ki, "Vüsal 300" Bakıda ən bahalı maşınları icarəverən kimi tanınır. Bir çox tanınmış müğənninin avtomobili məhz ona məxsusdur.

Tarix
2025.10.13 / 09:28
Müəllif
Axar.az
Digər xəbərlər

Putinin Əliyevlə görüşdə dedikləri... - Badalyan

Bakıda mühüm üçtərəfli görüş başladı

Bakı Trampın Qəzza planında iştirak edə bilər?

Prezident Assambleya iştirakçılarına müraciət etdi

Azərbaycan İspaniyanı təbrik etdi

İlham Əliyev Misirə getdi

Bakı ilə təmaslar heç vaxt kəsilməyib - Peskov

Düşənbədə İlham Əliyev üçün belə hazırlıq görülüb - Video

Qardaş ölkə yenə itki verdi - Döyüşün səbəbi nədir?

Putin niyə yalnız Azərbaycan haqda bunu dedi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla