Yuxarı

62 əcnəbi Azərbaycanda pulsuz təhsil hüququ qazandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
62 əcnəbi Azərbaycanda pulsuz təhsil hüququ qazandı

2025–2026-cı tədris ili üzrə 62 xarici vətəndaş “Hökumətlərarası Təqaüd Proqramları” (HTP) çərçivəsində Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

Bu barədə Axar.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 23 nəfəri Çin Xalq Respublikasının, 11 nəfəri Qazaxıstan Respublikasının, 4 nəfəri Tacikistan Respublikasının, 4 nəfəri Qırğız Respublikasının, 20 nəfəri isə Somali Federativ Respublikasının vətəndaşıdır. Bu göstərici ötən illə müqayisədə 32 faiz artım deməkdir.

Proqram çərçivəsində əcnəbi tələbələr Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Slavyan Universiteti, Naxçıvan Dövlət Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Xəzər Universitetində bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alacaqlar.

Tədris proqramları humanitar və sosial elmlər, təhsil, tibb, iqtisadiyyat və idarəetmə, təbiət elmləri, texniki və texnoloji ixtisaslar, eləcə də mədəniyyət və incəsənət istiqamətlərini əhatə edəcək.

Qeyd edək ki, Azərbaycanda xarici vətəndaşların təhsili “Study in Azerbaijan” platforması vasitəsilə daha əlçatan və sistemli şəkildə həyata keçirilir.

Tarix
2025.10.14 / 10:42
Müəllif
Axar.az
Digər xəbərlər

Londonun Bakıya embarqonu ləğv etməsinin səbəbi

Azərbaycanlılar üçün Türkiyədə yeni imkanlar açıldı

MSK toplanır: Bu deputatın mandatına xitam verilir!

Azərbaycan, İran və Rusiya rəsmiləri Astaraçay körpüsündə

Tramp Əliyevdən soruşdu, çünki tanımır... - Video

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

Prezidentdən Sülh Sammiti ilə bağlı paylaşım - Video

Britaniya Azərbaycana bu qadağanı ləğv etdi - Mühüm

Bakı, Moskva və Tehran bəyanat yaydı

Zəngəzurda müharibə üçün hərəkətə keçdilər - Akopyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla