Yuxarı

Uşaq Qaynar Xəttinə nə qədər müraciət daxil olub?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uşaq Qaynar Xəttinə nə qədər müraciət daxil olub?

Müraciətlərin böyük hissəsi 15-18 yaş aralığındakı yeniyetmələr tərəfindən edilib

"Azercell"in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti (AUQX) 2025-ci ilin iyul-sentyabr ayları ərzində 1594 müraciət qəbul edib.

Müraciətlərin 512-si psixoloji dəstəyə ehtiyacla bağlı olub və bu istiqamət ilin ilk altı ayında olduğu kimi üstünlük təşkil edib. Bununla yanaşı, 261 sosial məsələ, 232 zorakılıq halı, 227 hüquqi yardım, 98 təhsil, 14 səhiyyə və 250 müxtəlif məzmunlu sorğu qeydə alınıb.

Statistikaya əsasən, müraciət edənlərin 59%-ni qadınlar, 29%-ni kişilər təşkil edib. Müraciətlərin 12%-i isə xidmətə anonim qaydada ünvanlanıb. Yaş bölgüsünə görə, ən çox müraciət 15–18 yaş aralığındakı yeniyetmələr tərəfindən edilib - 1147. Digər sorğuların 335-i 11–14 yaş, 112-si isə 10 yaşadək uşaqlarla bağlı olub.

Müraciətlərin 50%-i rəqəmsal kanallar (sosial media, e-poçt, veb-sayt) üzərindən, digər 50%-i isə telefon zəngləri vasitəsilə edilib.

Çətin vəziyyətə düşmüş uşaqlara yardım məqsədilə 34 ailə mərkəzə dəvət edilərək hüquqi, psixoloji və psixososial dəstək alıb. Ümumilikdə, 90-dan çox sosial-psixoloji reabilitasiya işi həyata keçirilib, 3 məktəb və ailəyə təcili-təxirəsalınmaz səfər təşkil edilib. Bununla yanaşı, AUQX komandası xidmətin fəaliyyəti barədə məlumatlılığın artırılması məqsədilə maarifləndirmə tədbirləri də keçirib.

“Azərbaycan Uşaq Qaynar Xətt” xidməti fəaliyyətini “Azercell Telekom” MMC və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi, "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin idarəçiliyi ilə davam etdirir.

24/7 rejimdə fəaliyyət göstərən Qaynar Xəttə 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, elektron poçt ünvanı ([email protected]), Feysbuk və İnstaqram sosial şəbəkə profilləri (@usaqqaynarxetti), “Uşaq Qaynar Xətti” mobil tətbiqi və AUQX-nin rəsmi veb-saytı üzərindən müraciət etmək mümkündür.

Tarix
2025.10.14 / 11:33
Müəllif
Axar.az
Digər xəbərlər

ATƏT sədrinin Azərbaycana səfəri təxirə salındı

Azərbaycanəsilli kəşfiyyatçı Ukraynada həlak oldu - Video

Həm İran, həm də Rusiya ilə əlaqələr... - Mustafayev

Londonun Bakıya embarqonu ləğv etməsinin səbəbi

Azərbaycanlılar üçün Türkiyədə yeni imkanlar açıldı

MSK toplanır: Bu deputatın mandatına xitam verilir!

Azərbaycan, İran və Rusiya rəsmiləri Astaraçay körpüsündə

Tramp Əliyevdən soruşdu, çünki tanımır... - Video

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

Prezidentdən Sülh Sammiti ilə bağlı paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla