Yuxarı

AzerGold QSC 5-ci “Rebuild Karabakh” sərgisində iştirak edib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AzerGold QSC 5-ci “Rebuild Karabakh” sərgisində iştirak edib

AzerGold QSC 14–16 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 5-ci Yubiley Azərbaycan Beynəlxalq “Qarabağın Bərpası, Yenidənqurulması və İnkişafı” sərgisi – “Rebuild Karabakh”da xüsusi stendlə təmsil olunub.

Sərgi pavilyonunda Cəmiyyət tərəfindən müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra edilən mühüm layihələrə dair təqdimatlar nümayiş olunub.

Ziyarətçilərə rəqəmsal və audiovizual materiallar, çap məhsulları vasitəsilə AzerGold QSC-nin fəaliyyət istiqamətləri üzrə yeniliklər, ölkə iqtisadiyyatına töhfələri, eləcə də hasilat zonalarında həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat təqdim edilib.

Sərgi iştirakçılarının diqqətinə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Kəlbəcər rayonunda yerləşən “Zod” qızıl mədəni, “Tutxun”, həmçinin “Şorbulaq” sahəsindəki qızıl, xrom və civə filiz təzahürlərində aparılan geoloji kəşfiyyat işlərinin mövcud vəziyyəti və perspektivləri çatdırılıb.

Tədbir çərçivəsində AzerGold QSC-nin təqdim etdiyi qızıl və gümüş sikkələr, eləcə də qızıl külçələr yerli və xarici sərgi ziyarətçilərin diqqət mərkəzində olub.

Stenddə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə müasir “Smartminting” texnologiyası əsasında 3D formatında istehsal edilən “100 il və onun fövqündə bir irs” adlı unikal qızıl sikkə və Qarabağ mövzusuna aid “Qarabağ xalçası - Çələbi”, “Qarabağ inciləri”, “Şuşa” və “Xurşidbanu Natəvan”, yeni “Laçın” qızıl və gümüş sikkəsi daxil olmaqla, Azərbaycanın tarixi, mədəniyyəti və incəsənətini əks etdirən 12 çeşiddə qızıl, 5 çeşiddə gümüş sikkə kolleksiyası nümayiş etdirilib. Həmçinin 2020-ci il Vətən müharibəsində əldə olunan şanlı Qələbənin 5-ci ildönümünə ithaf olunan, Zəfər Günü ərəfəsində ictimaiyyətə təqdim edilməsi planlaşdırılan “Zəfər” qızıl sikkə kolleksiyasının dizayn konsepsiyası da sərgi çərçivəsində ilk dəfə təqdim edilib.

Tarix
2025.10.17 / 13:20
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyev Zəngəzur dəhlizinin hissəsi olan yoldan video paylaşdı

Bakıda mühüm forum keçirildi

Ukraynada Azərbaycan abidələrinin mühafizəsinə başlandı

İranda yaşam mücadiləsi: Rejim pulları hara xərcləyir? - Video

Azərbaycan və Ermənistan parlament nümayəndələri görüşdü

Ağdamın ağ günləri geri qayıdır

Ermənistan nümayəndə heyəti Azərbaycana nə vaxt gəlir?

İlham Əliyev Latviya prezidentini təbrik etdi

Rusiya ilə gərginlik Bakını ABŞ-la yaxınlaşdırdı - Herbst

Prezident Omanın Sultanını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla