Yuxarı

Direktorların vatsap qrupunda qalmaqal

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Direktorların vatsap qrupunda qalmaqal

Bakı 13 saylı mediasiya təşkilatının direktoru İlham Mehtiyev Yevlax 1 saylı mediasiya təşkilatının direktoru Nigar Hüseynzadəni xüsusi ittiham qaydasında məhkəməyə verib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, İ.Mehdiyev həmkarını onun şərəf və ləyaqətini alçatmaqda, işgüzar nüfuzunu ləkələməkdə ittiham edib.

Tərəflərin mübahisəsi isə mediasiya təşkilatının rəhbərlərinin daxil olan vatsap qrupunda başlayıb.

Məhkəmədə ifadə verən N.Hüseynzadə bildirib ki, 2025-ci ilin yanvar ayında Y.Abdullazadə adlı şəxs ona müraciət edərək ərinin və özünün Yevlax rayon qeydiyyatı olmasına baxmayaraq, Bakı mediasiya təşkilatından ona sənəd gəldiyini bildirib. Vətəndaşın bununla bağlı şikayət edib və İlham Mehtiyevin rəhbəri olduğu Bakı 13 saylı Mediasiya Təşkilatının mediatoruna Yevlax rayonuna aid işi icraatına götürdüyü üçün töhmət verilib.

Bundan sonra N.Hüseynzadə qrupda İlham Mehdiyevi “sənəd oğrusu”, “saxta arayış verən” adlandırıb.

Ağdam Rayon Məhkəməsində hakim Mahir Niftəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Yevlax 1 saylı mediasiya təşkilatının direktoru Nigar Hüseynzadə 1000 manat məbləğində cərimə edilib.

Tarix
2025.10.29 / 11:50
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycana qarşı Frunze ssenarisi hazırlayır - Şok iddia

Azərbaycanlı milyarderə ağır zərbə - Gözlənilməz proses...

17 yaşlı gəlinin ölüm səbəbi açıqlandı - Rəsmi

Azərbaycan bu konvensiyaya qoşuldu - Sərəncam

Putinlə Əliyev onların həbsini müzakirə edib - Kreml

Monteneqroda saxlanılan azərbaycanlılarla bağlı müraciət...

MM-də beynəlxalq parlament konfransı keçirildi

İlham Əliyevin Serbiyaya səfəri gözlənilir

Natalya Petkeviç Füzuliyə getdi - Foto

Mehriban Əliyeva Türkiyəni belə təbrik etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla