Yuxarı

Natalya Petkeviç Füzuliyə getdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Natalya Petkeviç Füzuliyə getdi - Foto

Azərbaycan Respublikası və Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın Belarus tərəfindən həmsədri - baş nazirin müavini Natalya Petkeviç işğaldan azad olunan Füzuli rayonuna səfər edib. Onu Komissiyanın Azərbaycan tərəfindən həmsədri baş nazirin müavini Samir Şərifov müşayiət edib.

Axar.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Füzuli Beynəlxalq Hava Limanında qonaqlara aeroport haqqında ətraflı məlumat verib.

Bildirilib ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub və istənilən hava gəmisini qəbul etmək imkanı var. Diqqətə çatdırılıb ki, işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri davam edir. Füzuli şəhərində yaşayış məhəlləsi salınıb və keçmiş məcburi köçkünlərin doğma yurda qayıdır.

Özbəkistan Prezidenti Şövkət Mirziyayev tərəfindən özbək xalqı adından hədiyyə olaraq inşa edilən Füzuli şəhər Mirzə Uluqbəy adına tam orta məktəb, Qazax xalqının Azərbaycan xalqına hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi haqqında da məlumat verilib.

Qeyd edilib ki, Füzuli şəhərində hazırda mərkəzi xəstəxana və Peşə Təhsil Kompleksi tikilir. Dövlətyarlı kəndinin tikintisi isə sürətlə davam edir. Füzuli şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin tikintisinə bu ilin sonu və gələn ilin əvvəlində start veriləcək. Yaxın vaxtlarda şəhərin mərkəzi parkının tikintisinə başlanılacaq. Pirəhmədli kəndinin tikintisinə isə yeni başlanılıb və 2026-cı ilin sonuna kimi tamamlanacaq.

Sonra qonaqlar Ağdam rayonuna yollanıblar.

Tarix
2025.10.29 / 12:18
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın

Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video

Zəngəzur dəhlizi ilə bir neçə məqsədə nail olacağıq

Bu ölkə ilə ilk siyasi məsləhətləşmələr keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla