Yuxarı

Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…

“Liverpul” və “Qarabağ”ın oyunu hər iki çempionatın fərqini ortaya qoydu. Hər ikisinin adı Premyer Liqadır. Bir tərəfdə İngiltərənin son çempionu, bir tərəfdə isə Azərbaycanın son çempionu.

Bu sözləri Axar.az-a açıqlamasında idman jurnalisti Natiq Muxtarlı “Qarabağ”ın “Liverpul”a 6-0 məğlub olması barədə danışarkən deyib.

“Mən gözləyirdim. Gözləyirdim ki, “Liverpul” “Qarabağ”a yüksək sürət təklif edəcək, “Qarabağ” da bu yüksək sürətə tab gətirə bilməyəcək.

Ən təəccüblü məqam o idi ki, “Qarabağ” ənənəvi oyununu oynaya bilmədi. Cinah hücumları yox idi. Bilmirəm, “Liverpul” bunun qarşısını aldı, yoxsa Qurban Qurbanovun istəyi idi ki, cinah müdafiəçiləri Elvinlə Silva hücuma qoşulmasınlar. Cəmi bir dəfə Elvin cinahla irəliləyib cərima meydançasında açma etdi.

Bütün hallarda əgər “Qarabağ” bundan imtina etmişdisə, deməli, Qurban Qurbanov “Liverpul”un hücum xəttindən çəkinirdi. Amma bu özünü doğrultmadı. Cinahlarla hücuma keçməməyimiz böyük hesabla məğlubiyyətə səbəb oldu”, - o bildirib.

Muxtarlının sözlərinə görə, Qurbanov heç vaxt öz planından imtina etməzdi və “Liverpul” “Qarabağ”ın planlarını pozdu:

“Azərbaycan azarkeşi eyforiyaya qapılmışdı və bu oyun azarkeşlərə reallığı sübut etdi. Bütün hallarda bizim “Qarabağ”a təşəkkür borcumuz var. Çempionlar Liqasının pley-off mərhələsinə adlayıb və bu tarixdir. Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq. “Qarabağ” bizi həmişə təəccübləndirir. Bu, möcüzədir. Söhbət Çempionlar Liqasından gedir və biz hələ də bunun mahiyyətini başa düşmürük. Burada kimin kimə qalib gələcəyi, məğlub olacağı məlum deyil. Nəhəng turnirdir. Ona görə də, bu məğlubiyyətə baxmayaraq, “Qarabağ”ın uğuru ilə fəxr etmək lazımdır”.

Jurnalist pley-off mərhələsində iki potensial rəqibimiz olduğunu vurğulayıb:

“Həmin o amansız Premyer Liqanın təmsilçisi “Nyukasl” və digəri Çempionlar Liqasının son qalibi PSJ. Çox nəhəng səslənir. PSJ Bakıya gələ bilər.

Artıq pley-offda “Qarabağ”dan heç nə istəyə bilmərik. Bizim bundan o tərəfə gedəcək gücümüz və potensialımız yoxdur. Bunu qəbul etməli və sadəcə oyunlardan, futboldan zövq almalıyıq”.

Tarix
2026.01.29 / 12:17
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla