Yuxarı

Natiq Qasımovun büstünün açılışı oldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Natiq Qasımovun büstünün açılışı oldu - Foto

Bu gün Mingəçevirdə Milli Qəhrəman Natiq Qasımovun təhsil aldığı 4 saylı orta məktəbdə büstünün açılış mərasimi keçirilib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, açılış mərasimdə elm və təhsil naziri Emin Əmrullayev, Milli Qəhrəmanın ailəsi, yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə ailəlikcə Mingəçevirə köçüblər.

1992-ci ildə Xocalının Xramort (indiki Pirlər) kəndi yaxınlığında yeddi Azərbaycan əsgəri alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda döyüşlər gedib. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban kilsəsində mübarizəni davam etdirir. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır.

22 nəfər Xocalı sakininin öldürülməməsi üçün sonda əlində Azərbaycan bayrağı düşmənə təslim olur.

Natiq Qasımovun sonrakı taleyi məlum deyil.

2024-cü ildə Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımovun adı verilib.

Azərbaycan Prezidentinin 25 iyun 2024-cü il tarixli 175 saylı sərəncamı ilə Natiq Səlim oğlu Qasımov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Tarix
2026.01.29 / 15:45
Müəllif
Axar.az
Digər xəbərlər

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla