Yuxarı

Tiflisdə BTQ dəmir yolu ilə bağlı müzakirə aparıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflisdə BTQ dəmir yolu ilə bağlı müzakirə aparıldı

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov 29 yanvar tarixində Tiflisdə “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamara İoseliani ilə görüşüb.

Axar.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Gürcüstan və Azərbaycan arasında Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılması və əlavə yüklərin cəlb edilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə Bakı–Tiflis–Qars (BTQ) dəmir yolu xətti təhvil-təslimi üzrə yekun aktın imzalanması və bu xətlə yükdaşımaların həcminin artırılması məsələlərinə xüsusi diqqət ayrılıb.

Qeyd edək ki, ADY BTQ xəttinin Gürcüstandan keçən və mürəkkəb coğrafi relyefə malik 184 kilometrlik hissəsində təmir-bərpa və modernləşdirmə işlərini uğurla yekunlaşdırıb, nəticədə xəttin illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb. Bu dəmir yolu xəttinin modernləşdirilməsinin əsas məqsədi Orta Dəhlizin rəqabətqabiliyyətini artırmaq və BTQ-ni dəhlizin əsas yükdaşıma arteriyalarından birinə çevirməkdir.

Tarix
2026.01.29 / 17:31
Müəllif
Axar.az
Digər xəbərlər

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla