Yuxarı

BTQ üzrə müqavilələr imzalandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
BTQ üzrə müqavilələr imzalandı

29 yanvar tarixində Tiflisdə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) və “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin törəmə şirkətlərinin birgə müəssisəsi olan “BTKI Railways” MMC ilə “Gürcüstan Dəmir Yolları” SC arasında Bakı–Tiflis–Qars (BTQ) dəmir yolu xətti üzrə birgə müəssisənin tam fəaliyyətə başlamasının təmin edilməsi məqsədilə müvafiq müqavilələr imzalanıb.

Axar.az xəbər verir ki, müqavilələrdən biri Marabda–Axalkalaki dəmir yolu infrastrukturundan istifadəni, digəri isə Axalkalaki stansiyasında terminal xidmətlərinin göstərilməsini nəzərdə tutur.

İmzalanma mərasimində bildirilib ki, yeni razılaşmalar Orta Dəhlizin mühüm seqmenti olan BTQ üzrə əməliyyatların daha səmərəli təşkilinə və yükdaşıma həcmlərinin artırılmasına imkan verəcək.

Qeyd edək ki, ADY BTQ xəttinin Gürcüstandan keçən və mürəkkəb coğrafi relyefə malik 184 kilometrlik hissəsində təmir-bərpa və modernləşdirmə işlərini uğurla yekunlaşdırıb, nəticədə xəttin illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb. Bu dəmir yolu xəttinin modernləşdirilməsinin əsas məqsədi Orta Dəhlizin rəqabət qabiliyyətini artırmaq və BTQ-ni dəhlizin əsas yükdaşıma arteriyalarından birinə çevirməkdir.

“BTKI Railways” MMC 2024-cü il avqustun 13-də yaradılıb. Birgə müəssisənin fəaliyyəti BTQ üzrə əməliyyatların səmərəli idarə olunması və yeni yüklərin cəlbi, regionda strateji nəqliyyat əlaqələrinin gücləndirilməsi və Orta Dəhlizin potensialının artırılması kimi istiqamətləri əhatə edir.

Tarix
2026.01.29 / 18:13
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla