Yuxarı

Noyabrın ilk günü hava necə olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Noyabrın ilk günü hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-15, gündüz 19-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-9, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti olacaq.

Tarix
2025.10.31 / 13:13
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkələrin səfirləri XİN-ə çağırıldı

KTMT-dən Bakı və İrəvan haqda açıqlama

Bayramov Tailandın baş naziri ilə görüşdü - Foto

Bakının bəzi ərazilərində qaz olmayacaq

Yoxsulluq və işsizlik 5% səviyyəsinə düşüb - Prezident

İlham Əliyev sessiya iştirakçılarına müraciət etdi

Bakı və İrəvan sülh sazişini Ankarada imzalayacaq?

Ceyhun Bayramov Banqkokda səfərdədir

Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...

Vuçiç İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla