Yuxarı

Arvadını beysbol dəyənəyi ilə öldürdü, sonra... – Təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arvadını beysbol dəyənəyi ilə öldürdü, sonra... – Təfərrüat

Bakıda radikal dindar həyat yoldaşını xüsusi amansızlıqla öldürüb, Gürcüstana qaçıb.

Axar.az Oxu.az-a istiandən xəbər verir ki, hadisə paytaxtın Binə qəsəbəsində baş verib.

Qəsəbə sakini Ramil Məmmədov radikal dindarlara qoşulub. O, ailə üzvlərinə də bir çox qadağalar qoyub. Bu qadağalar da ailədə narazılıqlar yaradıb. Ramil Məmmədovun həyat yoldaşı Lamiyə Məmmədova da dindar olmasına baxmayaraq o, Ramil Məmmədovun qadağalarından bezib və bu da cütlük arasında narazılıq yaradıb.

Narazılıqlardan sonra Ramil Məmmədov həyat yoldaşını öldürmək qərarına gəlib. O bu məqsədlə gecə saatlarında özünə məxsus olan avtomobili yeniyetmə oğluna verərək, onu qohumlarıgilə göndərib. Bundan sonra evə gələn Ramil həyat yoldaşını ölümcül döyməyə başlayıb. Qadına ağır zərbələr endirən R.Məmmədov daha sonra evdə saxladığı, idman oyunlarında istifadə olunan beysbol dəyənəyi ilə qadının başına zərbələr endirib. Zərbələrə tab gətirməyən Lamiyə Məmmədova hadisə yerində dünyasını dəyişib.

Qadının öldüyünə əmin olan Ramil hadisə yerindən qaçıb. O, qonşularına zəng vuraraq, həyat yoldaşını evdə qətlə yetirdiyini deyib və ölkəni tərk edərək Gürcüstana qaçıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə R.Məmmədovun yeri müəyyən edilib və o, Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Məmmədov 12 il azadlıqdan məhrum edilib.

Tarix
2025.11.01 / 16:03
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq

Ramiz Mehdiyevin "qara kassası" üzə çıxdı - Ağır ittihamlar

Hikmət Hacıyev Zəngəzur dəhlizindən foto paylaşdı

Sahibə Qafarova Misirdə səfərdədir

Rusiyadan imtina edib Bakıdan alacağıq - Matevosyan

Düşmən Ordumuzu dayandırmaq üçün, görün, nə edib - Video

Putin İradə Zeynalovaya rütbə verdi

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Diplomatların Cəbrayıl və Zəngilana 20-ci səfəri... - Video

Bakı və London ilk konsulluq məsləhətləşmələri keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla