Yuxarı

Azərbaycanlı iş adamı “Hörmət” ordeni ilə təltif edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı iş adamı “Hörmət” ordeni ilə təltif edildi

Qazaxıstanda fəaliyyət göstərən azərbaycanlı iş adamı Amil Yusifov bu ölkənin ən nüfuzlu dövlət mükafatlarından biri — “Kurmet” (“Hörmət”) ordeni ilə təltif edilib.

Axar.az xəbər verir ki, mükafat iş adamına Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin sərəncamı ilə təqdim olunub.

Ordeni Amil Yusifova ölkənin xarici işlər naziri Yermek Koşerbayev şəxsən təqdim edib.

Təqdimat mərasimində çıxış edən nazir Yermek Koşerbayev Amil Yusifovun Qazaxıstanın ictimai və iqtisadi həyatındakı fəal iştirakını, uzunmüddətli səmərəli fəaliyyətini və dostluq əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfəni yüksək qiymətləndirib:

“Cənab Yusifovun fəaliyyəti ölkə rəhbərliyi tərəfindən böyük rəğbətlə qarşılanır. O, Qazaxıstan və Azərbaycan xalqları arasında dostluq və iqtisadi əməkdaşlığın güclənməsinə mühüm töhfə verib”.

Mükafat üçün Prezident Tokayevə təşəkkür edən Amil Yusifov bu təltifin onun üçün böyük məsuliyyət və yeni fəaliyyət stimulu yaratdığını bildirib:

“Dost və qardaş Qazaxıstanın dövlət başçısı cənab Qasım-Jomart Tokayevə bu yüksək etimada görə dərin minnətdarlığımı bildirirəm. Bu mükafat gələcək layihələrimdə daha çox məsuliyyətlə çalışmağım üçün böyük motivasiyadır. Eyni zamanda qeyd etmək istərdim ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan–Qazaxıstan münasibətləri bu gün ən yüksək səviyyədə inkişaf edir. Cənab Prezident bu əlaqələrin dərinləşməsi üçün biz iş adamlarının qarşısında mühüm vəzifələr qoyur. Biz də bu etimadı doğrultmaq, iki ölkə arasında iqtisadi əməkdaşlığın yeni istiqamətlərini formalaşdırmaq üçün əzmlə çalışacağıq”.

Qeyd edək ki, “Kurmet” (“Hörmət”) ordeni Qazaxıstan Respublikasının dövlət mükafatlarından biridir. Orden ölkə Prezidentinin sərəncamı ilə verilir və Qazaxıstan cəmiyyətində ən yüksək etimad göstəricilərindən hesab olunur.

Tarix
2025.11.01 / 15:23
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Zəngəzur dəhlizindən foto paylaşdı

Sahibə Qafarova Misirdə səfərdədir

Rusiyadan imtina edib Bakıdan alacağıq - Matevosyan

Düşmən Ordumuzu dayandırmaq üçün, görün, nə edib - Video

Putin İradə Zeynalovaya rütbə verdi

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Diplomatların Cəbrayıl və Zəngilana 20-ci səfəri... - Video

Bakı və London ilk konsulluq məsləhətləşmələri keçirdi

Yaxın zamanda Zəngəzur dəhlizi açılacaq - Səfir

Azərbaycan və ABŞ strateji tərəfdaşlığı nəzərdən keçirir - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla