Yuxarı

Azərbaycan və ABŞ strateji tərəfdaşlığı nəzərdən keçirir - Hacıyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan və ABŞ strateji tərəfdaşlığı nəzərdən keçirir - Hacıyev

Prezident İlham Əliyevin avqustun 8-də ABŞ-yə səfəri əsnasında ABŞ-Azərbaycan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ilə əlaqədər ABŞ ilə Azərbaycan arasında anlaşma memorondumu imzalanıb.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Baku TV-yə müsahibəsində deyib.

H.Hacıyev qeyd edib ki, bu anlaşma memorandumunun şərtlərindən biri iki ölkə arasında işçi qrupunun yaradılması və bu işçi qrupunun strateji tərəfdaşlıq gündəliyin ilə və strateji tərəfdaşlıq əlaqələrinin mahiyyəti üzrə təkliflər hazırlamasından ibarətdir:

"ABŞ Dövlət Departamentinin verdiyi açıqlamanın mahiyyəti ondan ibarətdir ki, ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ilə əlaqədər işçi qrupu yaradılıb. Aidiyyəti qrup Azərbaycanda da mövcuddur. Azərbaycanın müvafiq təklifləri ABŞ-yə təqdim olunub. Anlaşma memorandumundə qeyd olunduğu kimi, ABŞ ilə Azərbaycan arasında enerji, nəqliyyat, süni intellekt, yüksək texnologiyalar, müdafiə, stəhlükəsizlik və digər sahələri özündə ehtiva edən strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilir".

O, həmçinin bildirib ki, Azərbaycan Prezidentinin İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirakı üçün rəsmi dəvət məktubu hələ daxil olmayıb: "İkincisi, biz hazırkı şəraitdə düşünmürük ki, Azərbaycanda ali səviyyədə bu tədbirdə iştirak həyata keçirilmiş olsun".

Tarix
2025.10.31 / 22:06
Müəllif
Axar.az
Digər xəbərlər

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

Bakı “Rosatom”la tərəfdaşlıqdan faydalana bilər - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla