Yuxarı

İlham Əliyevin müdrik rəhbərliyi altında... - Hersoq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyevin müdrik rəhbərliyi altında... - Hersoq

Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan sabitlik nümunəsinə çevrilmiş, inanılmaz iqtisadi artım əldə etmiş və region ölkələri ilə əlaqələri möhkəmləndirmişdir.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu İsrail Prezidenti İshaq Hersoq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.

İsrail prezidenti bildirib ki, sədrliyi dövründə Azərbaycan eyni baxış bucağı ilə AQEM-ə yeni nəfəs verib:

“Qlobal gərginliyin artdığı və beynəlxalq əməkdaşlığa inamın azaldığı bir dövrdə Azərbaycan AQEM-in diqqətini ən vacib məsələlərə - konstruktiv dialoqa, davamlı tərəfdaşlığa və ortaq məxrəcin axtarışına yönəltməyi bacarıb.

İsraildə biz təcrübəmizlə görmüşük ki, təkbaşına dostluq bəyanatları heç vaxt kifayət etmir. Yaşayan və davamlı olan münasibətlər - reallıqda əlaqələr quran, praktiki əməkdaşlığı dəstəkləyən və ortaq maraq sahələrini müəyyən edən münasibətlərdir. AQEM-in vədi də məhz bundadır. Biz bu yanaşmanın gücünü İbrahim Razılaşmaları vasitəsilə də yaxından gördük. Bu gün burada bizim iki tərəfdaşımız var - Bəhreyn Krallığı və Birləşmiş Ərəb Əmirlikləri. Bu razılaşmalar üst-üstə düşən maraqların siyasi reallıqları necə dəyişdirə biləcəyini göstərir. Cəmi bir neçə il əvvəl təsəvvür belə edilməsi qeyri-mümkün görünən münasibətlər indi reallıqdır".

Tarix
2026.10.15 / 13:32
Müəllif
Axar.az
Digər xəbərlər

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla