Yuxarı

“Rabitəbank” Lənkəranda iməclilik aksiyası keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Rabitəbank” Lənkəranda iməclilik aksiyası keçirdi

“Rabitəbank” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində təbiətin qorunması və ekoloji maarifləndirməyə dəstək məqsədilə növbəti ekoloji təşəbbüsünü həyata keçirib.

Belə ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, bankın Lənkəran və Masallı filiallarının əməkdaşlarının iştirakı ilə Lənkəran rayonunun Xanbulan ərazisində iməclilik aksiyası təşkil olunub.

Aksiya çərçivəsində ərazidə tullantıların toplanması və təmizlənməsi işləri aparılıb, ümumilikdə 1 tona yaxın məişət tullantısı yığılıb. Aksiyanın əsas məqsədi ətraf mühitin təmiz saxlanılması, yaşıllıq ərazilərinin qorunması və ekoloji dəyərlərə ictimai diqqətin artırılması olub.

Qeyd edək ki, “Rabitəbank” mütəmadi olaraq ekoloji maarifləndirmə və ətraf mühitin mühafizəsinə yönələn sosial layihələr həyata keçirir. Bankın korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri ölkəmizin ekoloji davamlılığına və yaşıl gələcəyinə töhfə verməkdir.

Hal-hazırda “Rabitəbank” ASC 18 region və Bakı şəhəri üzrə ümumilikdə 29 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Tarix
2025.11.04 / 13:10
Müəllif
Axar.az
Digər xəbərlər

Zəfər Günü: İlham Əliyevə təbriklər davam edir

Buğda yüklü qatar Azərbaycandan Ermənistana getdi - Foto

İlham Əliyev Özbəkistana dəvət edildi

Yunanıstan onu Azərbaycana səfir göndərir

Babayevdən gəlir vergisi barədə açıqlama: Aşağıdır...

Ermənistanda türk dilinin tədrisi... - Andreasyan

Azərbaycan və Əlcəzair XİN başçıları görüşdü

Qaşqaylar Əliyevin sözlərinə dərhal reaksiya verdilər

1992-ci ildə Heydər Əliyevin İrana səfəri zamanı... – Səfir

Bakıda hərbi parada hazırlıq işləri görülür - Fotolar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla