Yuxarı

Sabahın hava proqnozu açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabahın hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət isə 70-80% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

Tarix
2025.11.07 / 13:22
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkələrin səfirləri Xarici İşlər Nazirliyinə çağırıldı

KTMT-dən Bakı və İrəvan haqda açıqlama

Bayramov Tailandın baş naziri ilə görüşdü - Foto

Bakının bəzi ərazilərində qaz olmayacaq

Yoxsulluq və işsizlik 5% səviyyəsinə düşüb - Prezident

İlham Əliyev sessiya iştirakçılarına müraciət etdi

Bakı və İrəvan sülh sazişini Ankarada imzalayacaq?

Ceyhun Bayramov Banqkokda səfərdədir

Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...

Vuçiç İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla